RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Polşaya rəsmi səfərə gəlib VİDEO
Varşava, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.