İQTİSADİYYAT
Kimya sənayesi və əczaçılıq sahələrində 307,4 milyon manatlıq məhsul istehsal edilib
Bakı, 29 iyun, AZƏRTAC
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 307,4 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 22 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 57 faiz, əczaçılıq məhsullarının istehsalında isə 2 dəfə artıb. Əsas kimya məhsullarından izopropil spirti istehsalı 46 faiz, yod istehsalı 1,4 faiz, polietilen istehsalı 5,1 faiz, lak-boya məmulatlarının istehsalı 58 faiz artıb. Bununla yanaşı, azot istehsalı 0,3 faiz, oksigen istehsalı 69,7 faiz azalıb. Rezin və plastmas məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 19,9 dəfə, polivinilxlorid borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 12,9 dəfə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]