CƏMİYYƏT


Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb

Bakı, 17 iyul, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZƏRTAC-a verdiyi məlumata görə, iyulun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 67 kubmetr olmaqla, ongünlük normanın 32 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 67 kubmetrdir. Bu, ongünlük normanın 60 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr artım, Surrada 2 santimetr azalma qeydə alınıb. Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323, Şirvanda 173, Salyanda 90, Bankədə 171, Araz çayının Novruzlu məntəqəsində isə 43 santimetr təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.