CƏMİYYƏT


Dünya Hepatitlə Mübarizə Günü ilə bağlı ödənişsiz müayinələr aparılacaq

Bakı, 17 iyul, AZƏRTAC 

28 iyul – Dünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar iyulun 24-28-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) kampaniya keçiriləcək.

RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kampaniyada iştirak edənlər ödənişsiz həkim-hepatoloqun konsultasiyasından keçərək təyin olunan laborator müayinələrə 20 faiz endirimlə faydalana biləcəklər. Konsultasiyalar Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü, RMDM-in həkim-qastroenteroloq-hepatoloqu Cəmil Kamilli tərəfindən aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.