İQTİSADİYYAT


Nəsimi rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonda istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində qazanılan uğurlardan danışıb.

Bildirilib ki, rayonun makroiqtisadi göstəriciləri, tikinti, ticarət və xidmət sahələri üzrə 2017-ci ilin birinci yarım ili ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərindən daha dinamik olub: “Sənaye məhsulu istehsalı 278,9 milyon manat təşkil edib. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 165,8 milyon manatlıq xidmətlər göstərilib. Rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 145,9 milyon manatlıq rabitə xidməti göstərilib. Rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 165,8 milyon manat məbləğində investisiya yönəldilib”.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonu üzrə nəzərdə tutulan işlərə dair müşavirə keçirilib, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin görülməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. Nəsimi RİH-in təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür. Hazırda müəssisədə 150-ə yaxın məcburi köçkün işlə təmin olunub. Bundan başqa rayon ərazisində yerli layihələrin həyata keçirilməsi ilə bağlı aparılan abadlıq, quruculuq, tikinti-təmir işlərinə 1000-dən çox yeni iş yerləri açılıb, vətəndaşlar işlə təmin olunublar, gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində müvafiq işlər davam etdirilir.

Hesabat yığıncağında Milli Məclisin deputatı Asim Mollazadə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.