CƏMİYYƏT


Sumqayıt mәktәblilәri üçün ekoloji düşәrgә

Bakı, 17 iyul, AZƏRTAC

“Sağlam Düşüncə” Gənclər Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Təhsil Nazirliyinin dəstəyi, “Təbiət Dostları” Gənclər Təşkilatının və Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə keçirdiyi “Sumqayıt məktəblilərinin ekoloji düşərgəsi”nə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində nəzərdə tutulan beş günlük tədris proqramı təbiət qoynunda Azərbaycanın gözəl guşələrindən olan Qəbələ rayonunda təşkil edilib. Açıq hava şəraitində təşkil edilən düşərgəyə Sumqayıtda fəaliyyət göstərən 10 orta təhsil müəssisəsindən müsabiqə əsasında seçilmiş 55 məktəbli qatılıb.

Düşərgənin açılışında Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Şirinov, rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov ölkəmizdə gənclərin və məktəblilərin asudə vaxtlarının maraqlı və səmərəli təşkilinə diqqət yetirildiyini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıblar.

Layihənin məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirmə işinin gücləndirilməsi, ekoloji məsuliyyətin formalaşdırılması və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsinin diqqət mərkəzində saxlanılmasıdır.

Düşərgə müddətində məktəblilər üçün ekoloji təhsil, komanda quruculuğu, liderlik mövzularında maraqlı təlimlər, seminarlar, intellektual oyunlar keçirilib.

Layihədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Sumqayıtın orta ümumtəhsil müəssisələrində ekoloji klublar yaradılacaq. Bu klublar vasitəsilə məktəblərdə ekoloji maarifləndirmə işi genişləndiriləcək. Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək və məktəblilərin ekoloji maariflənməsini, ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.