İDMAN


Çimərlik voleybolu üzrə Azərbaycan  kubokunun qalibləri müəyyənləşib

Bakı, 17 iyul, AZƏRTAC

Çimərlik voleybolu üzrə ilk açıq Azərbaycan kuboku yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında 22, qadınların turnirində isə 14 komanda mübarizə aparıb. Kişilər arasında Vüqar Bayramov və Ülvi Rəcəblidən ibarət cütlük qalib olub. Yaroslav Rudıx – Adriano Aurrero cütlüyü gümüş, Vüsal Qurbanovdan və Aqil Ağazadədən ibarət cütlük bürünc medal qazanıb.

Qadınların mübarizəsində kuboku Viktoriya Ağakişiyeva və Zinaida Lyubimovadan ibarət duet başı üzərinə qaldırıb. İrina Abbaszadə - Yuliya Kərimova cütlüyü ikinci, Nazilə Səlimova və İlhamə Əliyevadan ibarət duet üçüncü yeri tutub.

Avqustun sonunda həm yeniyetmələr, həm də böyüklər arasında ölkə çempionatının final mərhələsi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.