İQTİSADİYYAT


Cari ilin 6 ayında əsas kapitala 7 milyard manatdan çox vəsait yönəldilib

Bakı, 18 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 138,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, vəsaitin 4 milyard 344,0 milyon manatı neft sektoruna, 2 milyard 794,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 70,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 78,6 faizi məhsul istehsalı, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,4 faizi isə ümumi sahəsi 838,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,0 faizinə bərabər olub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,3 faiz, bank kreditləri 11,9 faiz, büdcə vəsaitləri 11,4 faiz, əhalinin şəxsi vəsaitləri 4,6 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil edib.

Bildirilib ki, 2017-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası və digər obyektlər istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.