REGİONLAR


107 saylı Qazax seçki dairəsində referenduma hazırlıq işləri yekunlaşıb

A+ A

Qazax, 21 sentyabr, Famil Quliyev,AZƏRTAC

107 saylı Qazax seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında sentyabrın 26-a təyin olunmuş ümumxalq səsverməsinə hazırlıq işləri “Təqvim planına” uyğun aparılıb.

Dairə seçki komissiyasının sədri Xəyyam Salehov AZƏRTAC-a bildirib ki, səsverməyə hazırlıq işləri yekunlaşıb. Dairənin əhatə etdiyi 36 seçki məntəqəsində dəqiqləşdirilmiş siyahıya əsasən 43 min 765 seçici qeydə alınıb. Onlardan 543 nəfəri ilk dəfə səsvermə hüququ qazanmış gənclərdir. Yaşı 80-100 arasında olan seçicilərin sayı 1424, yüz yaşından yuxarı olanların sayı isə 7 nəfərdir. Dairə üzrə ən yaşlı seçici Kəmərli kənd sakini 109 yaşlı Nəbiyeva Sayalı Abdulla qızıdır.

Dairənin bütün seçki məntəqələrində cari təmir işləri aparılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub, 10 məntəqədə veb-kamera quraşdırılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə seçki komissiyası üzvlərinin və seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə seminar-treninq keçirilib.

Seçici siyahıları, çağırış plakatları və digər təbliğat vəsaitləri məntəqələrin girişində, nəzərə çarpan yerdə asılıb. Səsvermənin vaxtı və yeri barədə seçicilərə bildirişlər göndərilib. Seçkinin gedişini izləmək üçün 384 müşahidəçi qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.