Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sven Mikser: Estoniya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir

Sven Mikser: Estoniya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir

Tallinn, 22 iyul, AZƏRTAC

İyulun 1-də Avropa İttifaqı Şurasına sədrlik ilk dəfə Estoniyaya keçib. Estoniyanın xarici işlər naziri Sven Mikser AZƏRTAC-a məxsusi müsahibəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərdən, iqtisadi əməkdaşlıq potensialının artırılmasından və ölkəsinin Aİ Şurasına sədrliyindən danışıb.

-Cənab nazir, Estoniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

-Estoniya ilə Azərbaycan arasında münasibətlər həmişə yaxşı səviyyədə olub. Bizim normal siyasi münasibətlərimiz və iqtisadi əlaqələrimizi yaxşılaşdırmaq üçün yaxşı perspektivlərimiz var. Hər iki ölkə istər iqtisadi, istərsə də siyasi əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır.

Biz Azərbaycandan olan həmkarlarımızla son yarım ildə iki yüksək səviyyədə görüş təşkil etmişik. Aprelin əvvəlində Bakıda Estoniya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib, mən iyunun ortalarında Bakıda səfərdə olmuşam və Avropa İttifaqı Şurasına sədrlik edəcək ölkə kimi Estoniyanın prioritetlərini təqdim etmişəm.

Biz “Şərq tərəfdaşlığı” Proqramına həsr olunmuş yüksək səviyyədə görüşdən əvvəl fikir mübadiləsi aparmışıq və ikitərəfli münasibətlər gündəliyini müzakirə etmişik. Parlamentimizin Estoniya-Azərbaycan dostluq qrupu geniş və diqqətəlayiq fəaliyyət göstərir. Sahibkarlarımız da Azərbaycana böyük maraq göstərirlər. Mənə çox xoşdur ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər canlanır. Biz bu qarşılıqlı potensialdan ən yaxşı şəkildə istifadə etməliyik.

-Hazırda ölkələrimiz arasında əmtəə dövriyyəsini genişləndirmək üçün hansı layihələr həyata keçirilir?

-Son vaxtlar ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi kiçik olub. Əmtəə dövriyyəsinin dinamikasına nəzər salsaq görərik ki, 2016-cı ilin məlumatına görə, o, təqribən 4,8 milyon avro təşkil edib. Müqayisə üçün deyim ki, 2011-ci ildə bu rəqəm təqribən 16 milyon avro olub, yəni bu sahədə tənəzzül aşkardır. Biz iqtisadi münasibətləri və əmtəə dövriyyəsini möhkəmləndirməkdə maraqlıyıq. Bunun üçün, məsələn, ticari-iqtisadi portfelimizi genişləndirməkdən başlamaq olardı. Tərəflər logistika, nəqliyyat, kənd təsərrüfatı, turizm və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorlarına daha böyük maraq göstərirlər.

İKT sahəsində Estoniyanın uğurları bütün dünyaya məlumdur. Belə bir fakt məni çox sevindirir ki, Azərbaycanda Estoniyanın İKT firmaları fəaliyyət göstərir və ölkənizdə elektron dövlət üçün müxtəlif servislər yaradılmasına kömək edirlər.

Damazlıq heyvandarlıq, süd sənayesi və bunların texnologiyaları sahəsində də qarşılıqlı maraq var. Bu potensialı reallaşdırmaq məqsədi ilə bir neçə idarələrarası müqavilə imzalanıb. Ümidvaram ki, həmin müqavilələr artıq yaxın vaxtlarda sahibkarlarımıza kənd təsərrüfatı sektorunda da yeni imkanlar yaradacaq.

Biz yaxın xarici ölkələrin bazarları üçün birgə Estoniya-Azərbaycan kənd təsərrüfatı və ya dərman məhsulları istehsalının inkişafı üçün də yaxşı imkanlar görürük. Ölkəmizdə sanballı startap birliyi mövcuddur, çünki biz startap şirkətlər arasında əməkdaşlığa kömək edirik və şirkətlərin Estoniyada fəaliyyət göstərməsinə imkan verən startap vizalar təqdim edirik. Yeri gəlmişkən, “Sorry as a service” startapının heyəti çoxmillətlidir və onun gənc istedadlı əməkdaşlarından biri əslən Azərbaycandandır. Əminəm ki, bu, yeganə nümunə deyildir.

-Nəqliyyat və energetika sahələrində əməkdaşlıq hansı səviyyədədir?

-Biz logistika və nəqliyyat sahələrində səmərəli əməkdaşlıq qurmaq istəyirik. Estoniyanın prioritetlərini və üstünlük verdiyi sahələri onun coğrafi mövqeyi və regional imkanları şərtləndirir. İnfrastruktur və tranzit yükdaşımaları sahəsində xidmətlər, habelə logistika mərkəzlərinin xidmətləri Estoniyada yaxşı səviyyədədir. Yüklərin dəniz limanları və aeroportlar, avtomobil və dəmir yolları ilə daşınması üçün geniş imkanlarımız var. Estoniyanın və Azərbaycanın coğrafi mövqeləri ölkələrimizin həm şimal və cənub istiqamətlərində, həm də Yaxın Şərq, Hindistan, İran və s. istiqamətlərdə əməkdaşlıq etmələrinə imkan verir.

Bundan əlavə, Estoniya Azərbaycan sahibkarlarının Şimali Avropa bazarına çıxış əldə etmələri üçün onlara öz dəniz limanlarının xidmətlərini təklif etməyə hazırdır. İkitərəfli sazişlər bazası daim genişlənir. Tezliklə “Estoniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq sərnişin və yükdaşımaları haqqında saziş”i imzalamağa hazırlaşırıq. Bu sənəd müəssisələrimizin fəaliyyətinə əlavə zəmanətlər verəcək.

Biz, həmçinin ümid edirik ki, aprel ayında “EVR Cargo” şirkəti, Paldiski limanı və “Azərbaycan Dəmir Yolları” QSC ilə imzalanmış qarşılıqlı anlaşma haqqında Memorandum gələcəkdə Estoniya və Azərbaycan sahibkarları üçün əlavə imkanlar yaradacaq.

Estoniya və Avropa İttifaqı enerji resursları təchizatı mənbələrinin daha da şaxələndirilməsini dəstəkləyirlər və biz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın töhfəsini yüksək qiymətləndiririk. “Cənub Qaz Dəhlizi” layihəsini davam etdirmək, habelə texnologiyalar sahəsində bilik və təcrübə mübadiləsi aparmaq xüsusi əhəmiyyət daşıyır.

-Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur həll edilməmiş qalır, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizindən çoxu hələ də Ermənistanın işğalı altındadır. Estoniyanın bu problemə dair mövqeyi necədir?

-Cənubi Qafqaz regionunda davam edən münaqişələr təhlükəsizliyi təhdid edir, sabitliyə və inkişafa mane olur. Yəni beynəlxalq birlik regiondakı münaqişələrin həllinə nail olmaq üçün səylərini fəallaşdırmalıdır.

Estoniya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz, amma status-kvo da qəbuledilməzdir. Buna baxmayaraq, münaqişənin dinc yolla həlli prioritet olaraq qalmalıdır.

Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində səylərini dəstəkləyirik və onların münaqişənin siyasi yolla tənzimlənməsinin beynəlxalq hüquq prinsiplərinə cavab verən etibarlı üsulunu tapmaq üçün fəal addımlar atacaqlarını gözləyirik. Buna görə əsas məsuliyyəti Ermənistan və Azərbaycan daşıyırlar. Hər iki ölkə gərəkli siyasi iradə nümayiş etdirməli və sülhə nail olmaq üçün yüksək səviyyədə danışıqları fəallaşdırmalıdırlar.

-Aİ Şurasına sədrlik bu ilin iyulundan Estoniyaya keçib. Estoniya hökumətinin gündəliyində Şuraya sədrlik çərçivəsində Azərbaycanla əlaqələri “Şərq tərəfdaşlığı” Proqramının üzvü olan ölkə kimi də inkişaf etdirmək məsələsi varmı?

-Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi 2017-ci il iyulun 1-dən başlayıb. Biz tariximiz ərzində ilk dəfədir bu rolda çıxış edirik. Biz, kiçik bir dövlət kimi, Avropa İttifaqının möhkəmlənməsinə töhfə vermək üçün bu məsələdə unikal imkan görürük. “Şərq tərəfdaşlığı” Proqramı və onun iştirakçısı olan ölkələrin dəstəklənməsi Estoniyanın dəyişməz xarici siyasət prioritetlərindən biridir. Mən Aİ Şurasına sədrlik, habelə “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yüksək səviyyədə görüş nöqteyi-nəzərindən Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş ilə əlaqədar bu yaxınlarda başlanmış danışıqları alqışlayıram. Mən istərdim ki, bu danışıqlar sürətlə irəliləsin. Ümidvaram ki, yeni saziş Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə müsbət təkan verəcək, siyasi dialoqu və iqtisadi əməkdaşlığı dərinləşdirəcək.

Münasibətlərin yeni səviyyəyə yüksəlməsinə hər iki tərəf maraq göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsində mühüm rol oynayır. Biz Azərbaycanın bu məsələyə töhfəsini yüksək qiymətləndiririk.

“Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yüksək səviyyədə görüş 2017-ci il noyabrın 24-də Brüsseldə keçiriləcək. Biz bu görüşü o halda baş tutmuş sayacağıq ki, ölkələrimizin vətəndaşları istər yeni nəqliyyat və ya energetika əlaqələrinin yaradılması, istər insanların sərbəst yerdəyişməsi, istərsə də xarici ölkələrdə təhsil və ya təcrübə mübadiləsi üçün yaxşı imkanlar baxımından onun aşkar nəticələrini görsünlər.

Bundan əlavə, Estoniya yüksək səviyyədə görüşlə əlaqədar Tallində bir sıra tədbirlər, o cümlədən sahibkarlar, vətəndaş cəmiyyəti forumları, elektron tərəfdaşlıq üzrə konfrans təşkil etməyi planlaşdırır. Sahibkarlar forumunun məqsədi Avropa İttifaqının və “Şərq tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin xırda sahibkarlarını bir araya gətirərək, onları ümumi elektron bazarın imkanları, habelə rəqəmsal həllərin onların biznesinə tətbiqi imkanları ilə tanış etməkdir. Vətəndaş cəmiyyəti forumuna Avropa İttifaqının və “Şərq tərəfdaşlığı” ölkələrinin qeyri-kommersiya təşkilatlarının nümayəndələri toplaşacaq. Forum hökumət və qeyri-kommersiya təşkilatlarının əməkdaşlığının möhkəmlənməsi, demokratik idarəetmə, korrupsiyaya qarşı mübarizə məsələlərinə, habelə idarəetmənin şəffaflığını artırmağa xidmət edən elektron həllərə həsr ediləcək. “Şərq tərəfdaşlığı” ölkələrinin ən yaxşı elektron həlləri təqdim ediləcək, elektron idarəetmənin inkişafına dair siyasi tövsiyələr veriləcək, habelə 2017-2019-cu illər üçün elektron idarəetmə sahəsində fəaliyyət planı tərtib ediləcək. Bu, təşkil edəcəyimiz tədbirlərin yalnız bəzi nümunələridir.

Hesab edirəm ki, belə tədbirlər və görüşlər eyni maraqları olan insanları birləşdirməyin və bununla da artıq mövcud olan əməkdaşlığın səmərəliliyini artırmağın, yaxud yenisinə başlamağın ən yaxşı üsuludur.

Azərbaycanı bu tədbirlərin potensialından maksimum faydalanmağa çağırırıq.

-Müsahibəyə görə sağ olun.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək