İQTİSADİYYAT
Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102017545 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən 31 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 78,979,200.00 təşkil edib.
Sifarişlər 93.0766 manat (15.0000 faiz) və 96.1640 manat (8.0441 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 95.4106 manat (9.7000 faiz), orta ölçülmüş qiyməti 96.0267 manat (8.3439 faiz) olub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyulun 26-da həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20,000,000.00 manat təşkil edib. İstiqrazlar gələn il yanvarın 23-də ödəniləcək.