DÜNYA


Müdafiə naziri: Serbiya NATO-ya üzv olmaq niyyətində deyil

Bakı, 12 avqust, AZƏRTAC

Serbiya NATO-ya üzv olmaq niyyətində deyil və Alyansdan, eləcə də digər tərəfdaşlardan onun neytral statusuna hörmət etməsini xahiş edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Ria Novosti agentliyinə müsahibəsində Serbiyanın müdafiə naziri Aleksandr Vulin bildirib.

“Biz təbii ki, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində NATO ilə əməkdaşlıq edirik və bundan razıyıq. Biz həmişə NATO-dakı tərəfdaşlarımıza bəyan edirik ki, hərbi neytrallığımızı saxlayırıq və NATO-ya üzv olmaq istəyimiz yoxdur. Bu, bizim qəti mövqeyimizdir”, - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Serbiya tərəfdaşlarından - Rusiyadan, ABŞ-dan, NATO-dan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından onun bu qərarına hörmət etməsini gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.