REGİONLAR


Goranboy və Dəliməmmədli şəhərlərində çoxmənzilli yaşayış binaları təmir olunur

Goranboy, 13 avqust, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, Goranboy və Dəliməmmədli şəhərlərində çoxmənzilli yaşayış binalarında təmir və yenidənqurma işləri aparılır.

Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, şəhərdəki 22 binadan 12-də təmir və yenidənqurma işləri yekunlaşıb.

Görülən işlər çərçivəsində Goranboy şəhərində 9, Dəliməmmədli şəhərində isə 2 binanın giriş blokları təmir edilib. İki binanın fasadı suvanıb, 3 binanın fasadı isə rənglənib. İki binanın dam örütüyündə novlar, karnizlər və su boruları quraşdırılıb.

Binalardakı bloklara pəncərə və metal qapılar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.