CƏMİYYƏT


Azərbaycan və Rusiyanın idman akademiyaları birgə onlayn kampaniyaya başlayıblar

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan və Rusiyanın idman akademiyaları Beynəlxalq Gənclər Gününə həsr olunmuş birgə onlayn kampaniyaya başlayıblar.

AZƏRTAC xəbər verir ki, 2016-2017-ci tədris ili bir sıra yeniliklər, yeni ixtisasların tətbiqi, sosial aksiyalar, aparıcı universitetlər və təşkilatlar ilə əməkdaşlıq baxımından deyil, həm də beynəlxalq sazişlərin imzalanması ilə yadda qalıb. Belə sazişlərdən biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Smolensk Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Akademiyası arasında imzalanıb.

Beynəlxalq Gənclər Gününə həsr olunmuş birgə onlayn kampaniya iki universitetin təşəbbüsü ilə sosial şəbəkələrin istifadəçiləri üçün səhifələrindən sağlam həyat tərzi və universitetlərarası əməkdaşlığın dəstəklənməsi məqsədilə hazırlanıb.

Avqust ayında hər iki ali təhsil müəssisəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn kampaniyaya başlanılıb. Kampaniya sağlam həyat tərzi və idmana dəstək konsepsiyasını, eləcə də sosial şəbəkələr vasitəsilə onlayn dəstəyi özündə ehtiva edir. Akademiyaların sosial şəbəkələrdə olan səhifələrinin istifadəçiləri profil şəkillərini xüsusi çərçivəyə alıb, sağlam həyat tərzinin istiqamətini dəstəkləyiblər. Onlayn kampaniyanın təşəbbüskarları inanırlar ki, aksiyanın keçirilməsi Azərbaycan Respublikası və Rusiya Federasiyasının gəncləri arasında dostluq münasibətlərinin möhkəmlənməsində daha bir addım olacaq.

Qeyd edək ki, hər iki akademiya dostluq münasibətlərini möhkəmləndirməyi, ali məktəblər arasında gənclər, idman və elmi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.