DÜNYA


ABŞ-ın Şarlottsvill şəhərində etirazçıların üstünə avtomobil sürən 20 yaşlı şəxs həbs edilib

Vaşinqton, 13 avqust, AZƏRTAC

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) administrasiyası və federal prokurorlar Virciniya ştatının Şarlottsvill şəhərində "Alternativ hüquqlar" hərəkatının üzvləri və kontrnümayişçilər arasında baş vermiş toqquşma, o cümlədən maşının nümayişçilərin üstünə sürülməsi ilə əlaqədar təhqiqata başladıqlarını bildiriblər. İlkin məlumata görə, 32 yaşlı qadın öldürülüb və bir neçə nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, FTB-nin Virciniyanın paytaxtı Riçmondda yerləşən regional bürosu və ABŞ Ədliyyə Nazirliyinin insan hüquqları şöbəsi avtomobil insidenti və ölüm hadisəsi ilə əlaqədar artıq təhqiqata başlayıblar. Şarlottsvilldə etirazçıların üstünə avtomobil sürən 20 yaşlı Ceyms Aleks Filds həbs edilib. O, ikinci dərəcəli öldürmədə şübhəli bilinən şəxs kimi ittiham olunacaq.

Həmçinin vəziyyətə havadan nəzarət edən iki polis içində olduqları helikopterin Şarlottsvill yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. 2016-cı ildə ABŞ-da prezident seçkilərində namizədlərdən biri olmuş Texas ştatından senator Ted Kruz Ədliyyə Nazirliyini daxili terror aktı üzrə təhqiqat başlamağa çağırıb. Onun bəyanatında deyilir: “Nasistlər, Ku-Kluks-Klan və ağ millətçilər mənfur və bədxahdırlar. Biz bu qrupların yaydığı yalana, irqçiliyə, antisemitizmə və nifrətə qarşı fikrimizi bildirməyə mənən borcluyuq”.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.