DÜNYA


Nepalda daşqınlar və sürüşmələr nəticəsində ölənlərin sayı 47-yə çatıb

Bakı, 13 avqust, AZƏRTAC

Nepalın cənubunda şiddətli yağışların yol açdığı sel və sürüşmə nəticəsində ən az 47 adamın həyatını itirdiyi bildirilir.

Anadolu informasiya agentliyinin məlumatına görə, 5 min insan təxliyə edilib, 34 min ev su altında qalıb.

Polis sözcüsü Pushkar Karki açıqlamasında cümə günündən başlayan şiddətli mason yağışlarının sürüşmələrə səbəb olduğunu və ölkənin cənubundakı 9 şəhərdə ən az 47 adamın həyatını itirdiyini bildirib. O, 24 nəfərin də itkin düşdüyünü söyləyib. Ölü sayının artmasından narahatlığını ifadə edən polis sözcüsü bir çox bölgələrdə rabitə və elektrik enerjisinin kəsildiyini vurğulayıb.

Qeyd edək ki, Nepalda iyun ayında başlayan musson mövsümü sentyabra qədər davam edir. Ölkədə keçən il iyul ayında musson yağışları nəticəsində baş verən sel və torpaq sürüşmələrində 75 nəfər həyatını itirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.