CƏMİYYƏT


Qadınların beyni kişilərin beynindən daha aktivdir

Bakı, 13 avqust, AZƏRTAC

Alimlər bu günə qədər ən böyük beyin görüntüləmə tədqiqatında doqquz klinikanın 46 mindən çox beynin vahid foton emissiyalı kompüter tomoqrafiyasının (SPECT) təsvirlərini müqayisə ediblər. Bununla elm adamları qadın və kişilərin beyinləri arasında fərqi qiymətləndiriblər.

AZƏRTAC “Journal of Alzheimer's Disease” jurnalına istinadla xəbər verir ki, tədqiqatçılar 119 könüllü və 27 minə yaxın beyin travması, şizofreniya, bipolyar affektiv pozuntu, duyğu və qavrama pozuntuları və diqqət əskikliyi kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində araşdırma aparıblar. Ümumilikdə, 128 beyin bölgəsi təhlil edilib. Araşdırma zamanı qadınların beyninin bir çox hissəsinin, xüsusilə fokus və impuls nəzarətlə bağlı prefrontal qabığının və əhvali-ruhiyyə və narahatlıq hissi ilə əlaqəli beynin limbik və ya emosiya sahələrinin kişilərdən daha aktiv olduğu məlum olub. Beynin koordinasiya və vizual mərkəzlərinin isə kişilərdə qadınlardan daha fəal olduğu müşahidə edilib. Həmin müxtəlifliklər qadın və kişilərə fərqli təsir edir. Zərif cinsin nümayəndələrində alzeymer xəstəliyi riski, depressiya, narahatlıq hissi yüksək olduğu halda, kişilərdə davranış problemləri, diqqət əskikliyi və hiperaktivlik riski daha çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.