ELM VƏ TƏHSİL
Amerikalı alim süni zəka ilə bağlı layihələrə maliyyə yardımı ayıracaq
Bakı, 17 avqust, AZƏRTAC
Süni zəka fondlarının yaradılması bu il üçün uğurlu olub. “Google”, “Microsoft” və “Toyota” kimi nüfuzlu şirkətlər ekspert dəstəyi, resurs və süni zəka əsasında proqram təminatlarının yaradılması sahələrinə töhfə verən bu cür fondların daha səmərəli fəaliyyət göstərməsi təmin edirlər.
Bu yaxınlarda süni zəka üzrə dünyanın ən aparıcı mütəxəssislərindən biri, amerikalı alim Endryu In Vençur fond təsis edəcəyini bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fond süni zəka sahəsində layihələrin texnologiyalarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Qurum süni zəka ilə bağlı layihələrə maliyyə yardımı ayıracaq.
Amerikalı alimin əsas məqsədi süni zəka üzrə alqoritm tərtibatçılarının cəmiyyətini yaratmaqdır. Endryu In Vençur özünün “Deeplearning.ai” startapı çərçivəsində süni zəkanın öyrənilməsi mövzusunda xüsusi kurslara da start verəcək.