CƏMİYYƏT
Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gəlmiş zəvvarların sayı 800 minə yaxındır
Ər-Riyad, 17 avqust, AZƏRTAC
SPA dövlət informasiya agentliyi Krallığın baş pasport xidməti idarəsi tərəfindən dərc edilmiş statistik məlumatlara istinadla bildirir ki, bu günə qədər Həcc ziyarəti üçün xarici ölkələrdən Səudiyyə Ərəbistanına gəlmiş zəvvarların sayı 781.390 nəfər olub.
AZƏRTAC xəbər verir ki, həmin məlumatlara görə, zəvvarların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 124.631 nəfər və ya 19 faiz artıb.
Bildirilir ki, zəvvarların 762.709 nəfəri bu ölkəyə hava yolu ilə, 17.968 nəfəri quru yolu ilə, 713 nəfəri isə dəniz yolu ilə gəlib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad