SİYASƏT
Boliviyanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gələcək
Bakı, 17 avqust, AZƏRTAC
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani avqustun 18-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani ölkəmizdə bir sıra görüşlər keçirəcək.
Səfər çərçivəsində Azərbaycan və Boliviya xarici işlər nazirləri Azərbaycan Respublikası Hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barədə saziş imzalayacaqlar.