Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Furio De Angelis: “Ümumdünya Humanitar Yardım Günü: gəlin sülh üçün şərait yaratmaq barədə fikirləşək”

Bakı, 17 avqust, AZƏRTAC

19 avqust Ümumdünya Humanitar Yardım Günüdür. AZƏRTAC BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelisin bu günlə bağlı məqaləsini təqdim edir.

x x x

Ötən günlər arasında çətin eləsini tapmaq olsun ki, xəbər mediası dünyada milyonlarla insana təsir edən, regionlarda və qitələrdə kütləvi didərginlik hallarına səbəb olan humanitar böhranları bizə xatırlatmasın. Humanitar böhranların səbəbləri müharibələrdən və icmalararası zorakılıqlardan tutmuş torpaq və resurslar uğrunda münaqişələrə qədər, iqlim dəyişikliyi ucbatından becərilən torpaq sahələrinin və dəniz sahillərinin eroziyaya uğramasından tutmuş zəlzələ, torpaq sürüşməsi və tufan kimi qəfil və gözlənilməz təbii fəlakətlərə qədər müxtəlif ola bilər.

Humanitar fəlakətlərin bütün müxtəlif ssenarilərinin ümumi cəhəti onların təsirinə məruz qalan insanların əzablarından, ailələrin pərən-pərən olmasından, icmaların didərgin düşməsindən, qadın, kişi, oğlan və qızların sığınacağa, himayəyə, su və qidaya, yeni evlərə və sosial strukturlara ehtiyacının yaranmasından ibarətdir. Bir qayda olaraq, zərər çəkmiş və məsul ölkələrin dəstəyi ilə beynəlxalq birlik ən çox ehtiyac duyulan və insan həyatını xilas edə biləcək yardımı təmin etmək məqsədi ilə ya ikitərəfli razılaşmaların, ya da Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar kimi çoxtərəfli kanallar vasitəsilə yardım və resursları səfərbər edir.

Bu beynəlxalq yardım zəncirinin sonunda, humanitar yardımı verən və alan arasındakı kəsişmə nöqtəsində fəaliyyət göstərən şəxs humanitar işçidir. O, vaxtını, xidmətlərini, peşəkar bacarıqlarını və səylərini humanitar böhranların qurbanlarının təcili və təxirəsalınmaz ehtiyaclarının həlli üçün təqdim edən qeyri-hökumət təşkilatının üzvü və ya beynəlxalq təşkilatın rəsmisi, yaxud da yerli icmadan olan könüllü və ya adi vətəndaş ola bilər.

Hər il avqustun 19-da beynəlxalq birlik humanitar işçilərin səylərini bütün dünyada qeyd edir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 19 avqust qətnaməsi ilə 2008-ci ildə aşağıdakı məqsədlərlə təsis edilmiş Ümumdünya Humanitar Yardım Günüdür: bütün dünyada humanitar yardım fəaliyyətləri barədə ictimaiyyətin məlumatlılığının artırılmasına yardımçı olmaq və ... humanitar yardım işinin təşviqi üçün çalışan bütün humanitar işçilərin, Birləşmiş Millətlər Təşkilatının və əlaqədar qurumların personalının işini qeyd etmək, vəzifələrini yerinə yetirərkən həyatlarını itirənlərin xatirəsini anmaq və üzv dövlətləri, eləcə də digər beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını hər il bu günü lazımi qaydada qeyd etməyə dəvət etmək.

19 avqust humanitar işçilərin hansı mühitdə yaşadığını və fəaliyyət göstərdiyini bizə xatırladan gündür. 2003-cü ilin bu günündə Bağdadda BMT-nin humanitar yardım missiyasının mənzil-qərargahı avtomobilə qoyulmuş bombanın partlayışı nəticəsində dağıdılıb və BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra di Mellu və digər 21 əməkdaş həlak olub. Bu faciəli hadisə qlobal miqyasda BMT-nin təhlükəsizlik sahəsindəki praktikasına dərin və uzunmüddətli təsir göstərdi.

Humanitar əməliyyatlarla bağlı məlumatlılığın artırılmasına və daha səmərəli təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, 2015-ci ildə 287 humanitar yardım işçisi iri miqyaslı hücumların qurbanı olub: 109 nəfər qətlə yetirilib, 110 nəfər yaralanıb, 68 nəfər isə oğurlanıb. Bu rəqəmləri 86 işçinin qətlə yetirildiyi 2011-ci ilin rəqəmləri ilə müqayisə etsək, tələfatlarda artım tendensiyası olduğunu görərik. Humanitar işçiyə hücumların səbəbləri müxtəlif ola bilər, amma bu səbəblərin hamısı onların yerinə yetirdikləri sırf humanitar funksiyanın rədd edilməsinə və ya yanlış başa düşülməsinə əsaslanır. Belə bir qəti tələb vardır ki, humanitar əməliyyatlar zamanı üç əsas prinsipə riayət edilməlidir: humanizm, qərəzsizlik, neytrallıq. Bu prinsiplərə riayət edilməsi münaqişə zonalarında fəaliyyət göstərmənin fərqləndirici xüsusiyyəti və zəruri ilkin şərtidir və bu xüsusiyyət bu insanların döyüşən tərəflərdən tam müdafiəsini təmin etməlidir, belə ki, bu xüsusiyyət münaqişələrin humanitar nəticələrini yüngülləşdirməyə çalışan mülki şəxsləri döyüşçülərdən fərqləndirir.

Lakin yuxarıda qeyd edilən prinsiplərə tam riayət edilməsinə baxmayaraq, humanitar işçilər tez-tez münaqişələrin mənfi nəticələrinə məruz qalır və əsassız şübhələrə əsaslanan qərəzli münasibətlə üzləşir, yaxud sadəcə olaraq uzaqdakı düşmənlərə siyasi ismarıc göndərmək üçün hədəf kimi istifadə edilir, yaxud yerli münaqişələrdə və ya riayət edilməyən kommersiya razılaşmalarında, yaxud da sadəcə olaraq öz iradəsini müvafiq əhaliyə diktə edən yerli hərbi komandirlərin və silahlı könüllü dəstələrin hakimiyyət uğrunda mübarizəsində "qurbanlıq keçi" kimi istifadə olunurlar.

Münaqişə zonalarında əhaliyə dəstək və yardım gətirən, bəzi hallarda isə əhaliyə yardım əli uzada və onların ehtiyaclarını dinləyə biləcək yeganə şəxslər olan bu insanların arasında itkilərin artmasını dayandırmaq üçün nə etmək lazımdır?

Birincisi, münaqişə tərəfi olan dövlətlər və qeyri-dövlət subyektləri, münaqişənin xarakterindən asılı olmayaraq, humanitar işçilərin tərəfsizlik statusunu qəbul etməli, onların missiyasına və fərdi öhdəliklərinə hörmət etməli və nəyin bahasına olursa-olsun bütün hallarda onların təhlükəsizliyini təmin etməlidirlər. Bunu daha heç cür qəbul etmək olmaz ki, münaqişənin özünün günahsız qurbanlarının olmasından əlavə, həm də humanitar yardım işçilərinin cəsurluqları və insanlara xidmət etməyə hazır olmaları həyatları bahasına başa gəlir.

İkincisi və ən önəmlisi, münaqişələrdə iştirak edən dövlətlərin və qruplaşmaların üzərinə münaqişələri siyasi yolla həll etmək öhdəliyi qoymağın vaxtıdır. İctimai rəyi formalaşdıran vətəndaşlar hökumətlərindən hesabat istəyərək tələb etməlidirlər ki, kompromisli həll yollarının axtarışı üçün səy göstərsinlər, çünki münaqişələrin siyasi həlli səmimi və xoş niyyətli kompromislərə əsaslanır. Nüfuzlu dövlətlər döyüşən tərəfləri danışıqlar masası arxasında müzakirələrə sövq etmək məqsədi ilə onlara zəruri təzyiq göstərmək üçün öz siyasi və iqtisadi rıçaqlarından istifadə etməlidirlər. Təbiət qüvvələrinin səbəb olduğu digər fövqəladə humanitar hallar müvafiq resursların, habelə gözlənilməz və dağıdıcı təbii fəlakətləri aradan qaldırmağa yönələn səylərin getdikcə daha artıq dərəcədə sərf olunmasını tələb etdiyi bir vaxtda humanitar işçilərin həyatı insan əli ilə törədilən fəlakətlər ucbatından məhv olmamalıdır. Dünya humanitar işçilərə imkan verməlidir ki, vicdansız siyasətçilərin və hərbi komandirlərin şıltaqlıqlarının deyil, təbiətin şıltaqlıqlarının nəticələrini yüngülləşdirmək işinə xidmət etsinlər.

Avqustun 19-u vəzifələrini yerinə yetirərkən həyatlarını itirmiş humanitar işçilərin fədakarlığını qeyd etdiyimiz gündür və biz ən çətin vəziyyətlərdə öz xidmətlərini təqdim etməkdə davam edənlərin cəsarətini və işinin çətinliyini dərk edirik. Odur ki, gəlin sülh üçün şərait və imkanlar yaratmaq barədə fikirləşək və onları yaradaq, səmimi sülh axtarışının yolları və vasitələri barədə düşünək və digərlərini buna ruhlandıraq.

Bu il həm də Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin 25-ci ildönümüdür ki, bu da ölkədə sülhün və təhlükəsizliyin, inkişafın və insan hüquqlarının təşviqi məqsədini daşıyan tərəfdaşlıq münasibətlərində əlamətdar hadisədir. Bu münasibətlər Ermənistanla həll olunmamış münaqişənin getdiyi dövrdə başlayıb və bu dövrdə Azərbaycandan və xarici ölkələrdən olan humanitar işçilər münaqişənin mülki qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi üçün əl-ələ verərək çalışıblar. Bu gün bu şücaətli humanitar işçilərin keçmiş və hazırkı səylərini, eləcə də hazırda dünyada fəaliyyət göstərən bütün azərbaycanlı humanitar işçilərin öz humanitar missiyalarını həyata keçirərkən bu işə verdikləri töhfəni qeyd etmək vacibdir.

Qoy Ümumdünya Humanitar Yardım Günü bizdə sülh axtarışlarının tərkib hissəsinə çevrilmək, humanitar işçilərin bu dünyanı yaşamaq üçün daha dinc və tolerant etməyə yönələn səylərinə düşüncə və hərəkətlərimiz vasitəsilə və mövcud potensialımıza və vasitələrimizə əsaslanmaqla qoşulmaq istəyi yaratsın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib