CƏMİYYƏT
Rayon sakinlər ilə səyyar görüşlər keçirilib
Bakı, 19 avqust, AZƏRTAC
Qaradağ, Binəqədi və Xətai rayonlarında sakinlərlə səyyar görüşlər keçirilib. Bu barədə AZƏRTAC-a həmin rayonların icra hakimiyyətlərindən məlumat veriblər.
Qaradağ rayonunun Ümid qəsəbəsində keçirilən görüşdə 130-dən çox sakin iştirak edib.
Görüş zamanı sakinlər qəsəbə ərazisində aparılan abadlıq işlərindən razı qaldıqlarını bildirib, mövcud problemlər barədə məlumat veriblər. Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov problemlərin həlli istiqamətində aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib. Sakinlərdən 10 nəfəri fərdi qaydada dinlənilib.
Qəsəbə sakinlərinə ölkə Prezidenti İlham Əliyevin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verilib.
X X X
Biləcəri qəsəbəsindəki Əhalinin Mədəni-Kütləvi Tədbirlər Evində qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində görülən işlər, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışıb.
Qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Sakinlərin qaldırdığı məsələlərin həlli ilə üçün əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
X X X
Xətai rayonundakı 98 nömrəli tam orta məktəbdə rayon sakinləri ilə səyyar görüş keçirilib.
Görüşdə iştirak edən sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və onları narahat edən nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Görüşdə qaldırılan məsələlərlə əlaqədar tədbir görülməsi əlaqədar təşkilatların rəhbərlərinə tapşırılıb.