İDMAN
Azərbaycanın yeniyetmə taekvandoçuları Misirdə keçiriləcək dünya birinciliyində iştirak edəcəklər
Bakı, 21 avqust, AZƏRTAC
Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində yeniyetmə taekvandoçuların dünya birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sayca üçüncü olan birincilikdə Azərbaycan komandası da iştirak edəcək. Bu məqsədlə yeniyetmələrdən ibarət milli yığma komandamız Misirə yollanıb. Avqustun 24-də başlayacaq yarış dörd gün davam edəcək.
Doqquz idmançı ilə mundialda təmsil olunacaq komandamızın heyətində oğlanlardan Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Yaşar Məmmədli (45 kq), Nihad Abbasov (49 kq) və Pərviz İskəndərov (53 kq) yer alıb.
Qızlardan isə Aydan Əliyeva (44 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) mübarizəyə qatılacaq.
Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə dünya birinciliyində iştirak edəcək komandamız avqustun 29-da vətənə qayıdacaq.
Yarışda hakimlər qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Elşad Məmmədov təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]