ELM VƏ TƏHSİL
Muzeydə Cavid irsinə həsr edilmiş “Açıq dərs” təşkil olunub
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində tələbələr üçün böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş “Açıq dərs” təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Bakı Dövlət Universiteti, Fransa-Azərbaycan Universiteti və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tələbələrinin iştirak etdikləri tədbirdə Cavidin zəngin ədəbi irsi, Cavidlər ailəsi, şairin ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyəti haqqında ətraflı məlumatlar verilib.
Eyni zamanda, tələbələr muzeydəki eksponatlarla yaxından tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:37]
Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər
- 23.04.2024 [18:17]
“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar
- 23.04.2024 [17:54]
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
- 23.04.2024 [17:44]