DÜNYA
Bolqarıstan Müdafiə Nazirliyi Avropa İttifaqının sərhədlərini silahla qorumağa çağırır
Sofiya, 22 avqust, AZƏRTAC
Bolqarıstanın müdafiə naziri Krasimir Karaçanov “Die welt” qəzetinə verdiyi müsahibədə Avropa İttifaqının sərhədlərinin daha möhkəm qorunmasına nail olmaq üçün İtaliya və Yunanıstan sərhədlərinə NATO əsgərlərinin yeridilməsinin, silahlardan da istifadə edilməsinin mühüm olduğunu deyib. Nazir, xüsusilə Türkiyə ilə sərhədin möhkəmlənməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, Avropaya Aralıq dənizi vasitəsilə gələn miqrantların çoxu iqtisadi miqrantlardır. Yəni onları öz ölkələrində təqib edən yoxdur və onların müdafiə olunmalarına ehtiyac yoxdur. Bu cür miqrantlar sadəcə olaraq varlı ölkədə yaşamaq arzusundadırlar. K.Karaçanov qeyri-qanuni miqrantların Avropaya axınının təcili dayandırılmasının önəmini xüsusi qeyd edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]