ELM VƏ TƏHSİL
Sifətin tanınması alqoritmlərini yanıldan makiyaj
Bakı, 22 avqust, AZƏRTAC
“Yandeks” şirkətinin texnologiyaların paylanması üzrə direktoru Qriqori Bakunov yeni layihə təqdim edib. Bu, istifadəçinin üzünü sifətin tanınması sistemi tərəfindən identifikasiya olunmaqdan qoruyan unikal makiyaj layihəsidir.
AZƏRTAC novayagazeta.ru saytına istinadla xəbər verir ki, layihə orijinal şəkil əsasında “antioxşarlıqlar” prinsipi üzrə yeni obraz seçən genetik alqoritmə əsaslanır. Sonra əldə olunmuş nəticə əsasında vizajistin qurduğu makiyaj modelin sifətinə vurulub. Sistemin effektivliyinə dair müxtəlif nəticələr alınıb.
Lakin istehsalçı layihəni ləğv etməyə qərar verib. Onun sözlərinə görə, bu addımı atmasında məqsəd layihənin müsbət əməllərdən çox mənfi əməllərə xidmət etmək üçün istifadə ehtimalının daha böyük olmasıdır.