DÜNYA
Döyüş robotlarının qadağan edilməsi ilə bağlı BMT-yə məktub göndərilib
Bakı, 22 avqust, AZƏRTAC
Hələ hərbi robotlar istehsal olunmağa başlamasa da, artıq bir çox şirkətlərin nümayəndələri robot qatilləri qadağan etmək çağırışları ilə açıq məktub yazıblar. Müraciətin altında “DeepMind” laboratoriyası və bir çox digər layihələrin müəllifi Elon Mask imzasını atıb.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, yüz imza toplanıldıqdan sonra müraciət BMT-yə göndərilib.
Süni intellektlə təchiz edilmiş özü yeriyən tanklar, avtonom turellər və silahların digər növləri gələcəkdə ciddi təhlükə törədə bilər. Buna görə də məktubun müəllifləri Yer kürəsində bəşəriyyət üçün təhlükə yaradan yeni öldürücü qurğuların meydana çıxması ilə növbəti hərbi inqilabın və güclü silahlanmanın başlamasından ehtiyat edirlər.
Məktubun mahiyyəti ondan ibarətdir ki, müəyyən silah növlərindən məhdud istifadə və qadağa haqqında Konvensiyaya döyüş robotları və digər avtonom silahları daxil edilsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]