DÜNYA
Birləşmiş Ərəb Əmirlikləri pul köçürmələrinin həcminə görə dünya ölkələrinin ilk beşliyinə düşüb
Abu-Dabi, 22 avqust, AZƏRTAC
“KhaleejTimes” nəşrinin “Guardian Wealth Management” maliyyə şirkətinə istinadla yaydığı məlumata görə, orta hesabla bir ekspat (əcnəbi işçi) ildə vətəninə 6 min dirhəm (1,63 min ABŞ dollar) göndərir.
AZƏRTAC xəbər verir ki, ekspatların Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) öz ölkələrinə göndərdikləri pulun ümumi məbləği 20 milyard dollardan çoxdur. Dünya Bankının məlumatına görə, BƏƏ pul köçürmələrinin həcminə görə dördüncü ölkə hesab edilir. Məcmu axın BƏƏ-də ÜDM-in 4,8 faizini təşkil edir.
“UAE Exchange” şirkətinin rəhbəri Sudxir Kumar Şettinin fikrincə, Fars körfəzi regionunda pul köçürmələri hər halda rəqabətlidir və dəyişmə məntəqələri köçürülən məbləğin faizi üzrə deyil, transaksiyaya görə müəyyən edilmiş ödəniş alır.
“Lulu International Exchange” şirkətinin idarəçi direktoru Adib Ahamed də təsdiq edib ki, region pul köçürmələri baxımından ən əlverişli yer olaraq qalmaqdadır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi