DÜNYA
“The Beatles” qrupunun “Elenor Riqbi” mahnısının not vərəqləri hərracda
Bakı, 22 avqust, AZƏRTAC
Əfsanəvi “The Beatles” qrupunun “Eleanor Rigby” mahnısının not vərəqləri 20 min funt sterlinqə hərraca çıxarılıb. Notlar vaxtilə Pol Makkartni tərəfindən kağıza köçürülüb.
BBC-nin məlumatına əsasən, əsərin orijinalının altında Liverpul dördlüyünün prodüseri Corc Martinin də imzası dayanır. “The Beatles” qrupunun ən novator mahnısını bəstələməyə Corc Martin fortepiano arxasında olarkən qərar verib.
Mahnıda tənha adamlardan – keşiş və qızdan danışılır. Əvvəlcə mahnı “Miss Daisy Hawkins” adlanıb, lakin sonradan Pol Makkartni mahnının adını dəyişərək “Eleanor Rigby” ilə əvəz edib.
Eyni vaxtda, hərraca “Elenor” adlanan 1899-cu ilin “Bibliya”sı da çıxarılıb.
Hərrac evinin nümayəndəsinin sözlərinə görə, uyğun olan bu iki əşyanın eyni vaxtda hərraca çıxarılması “ağlasığmaz təsadüf”dür.
Hərrac sentyabrın 11-nə nəzərdə tutulub. Ümumiyyətlə, bu əfsanəvi qrupla bağlı hərraca çıxarılacaq hər nə varsa, misli görünməmiş qiymətlərlə əldə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]