Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Iteca Caspian” bu il 7 beynəlxalq sərgi keçirəcək

“Iteca Caspian” bu il 7 beynəlxalq sərgi keçirəcək

Bakı, 23 avqust, AZƏRTAC 

“Iteca Caspian” şirkəti bu il 7 beynəlxalq sərginin keçirilməsini nəzərdə tutur.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, cari ilin sentyabr ayında Azərbaycanda növbəti ticarət-sənaye sərgiləri mövsümü start götürür. Bu il “Iteca Caspian” şirkəti 7 beynəlxalq sərginin keçirilməsini planlaşdırıb. Bu tədbirlər çərçivəsində iştirakçılar bazarı öyrənərək peşəkar əlaqələr qura və yeni tərəfdaşlar cəlb edə bilər, ziyarətçilər isə məhsul və ya xidmətlərlə tanış olmaq, onların istehsalçıları, yaxud tədarükçüləri ilə birbaşa görüşmək, faydalı əlaqələr qurmaq və mühüm müqavilələr imzalamaq imkanı əldə edəcəklər. Azərbaycan Respublikasının dövlət strukturlarının dəstəyi ilə keçirilən bütün bu sərgilərin mövzusu iqtisadiyyatın qeyri-neft sektorunu ehtiva edir.

Yeni sərgi mövsümü 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgiləri ilə açılacaq. Bu sərgilər 28-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgilərin ümumi ekspozisiyasında 100-dən çox iştirakçının bir araya gəlməsi gözlənilir. Bu iştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna, və digər ölkələri təmsil edən şirkətlər yer alır. “BIHE” sərgisində xarici istehsalçılarla yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan “BTL Industries”, “Labservis”, “Planeta” və tibbi avadanlıq və dərman vasitələrinin digər yerli distribüterləri də iştirak edəcək. Bu il sərgidə tibbi və laboratoriya avadanlıqları (məsələn: əməliyyat masaları üçün avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), farmakoloji preparatlar, tibbi alətlər, eləcə də farmakoloji avadanlıqlar təqdim ediləcək.

Sərgi çərçivəsində geniş işgüzar proqram planlaşdırılıb, belə ki, sərgi çərçivəsində ilk dəfə olaraq Həkimlər Konqresinin keçirilməsi nəzərdə tutulur. Konqres müxtəlif səhiyyə sahələrini təmsil edən aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirədən ibarət olacaq. Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlər ilə yerli istehsalçılar və distribüterlər üçün seminar keçiriləcək və bu tədbir bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə səmərəli işgüzar platformaya çevriləcək. Seminarın keçirilməsində məqsəd sərgi iştirakçılarına yerli şirkətlər ilə səmərəli işgüzar münasibətlərin qurulmasında, ziyarətçilərə isə öz distribüter şəbəkələrini genişləndirməkdə kömək etməkdir.

Hər il “Beauty Azerbaijan” sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən sənaye peşəkarlarını cəlb edərək, onlara yerli bazara çıxmaq imkanı yaradır. “Beauty Azerbaijan 2017” sərgisində peşəkar kosmetik vasitələr, gözəllik salonları üçün avadanlıqlar və kosmetoloji aparatlar təklif edən Azərbaycan, ABŞ, Rusiya, İtaliya və Koreya şirkətləri iştirak edəcək. Sərgi çərçivəsində ustad dərsləri (“master-klass”) və “B2B” formatlı görüşlərin keçirilməsi də planlaşdırılır.

Sərgi mövsümünü daha sonra 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017”, 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji sərgisi “Aquatherm Baku 2017” və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi “Securika Caspian 2017” sərgiləri davam etdirəcək (18-21 oktyabr).

Beləliklə, Azərbaycanın paytaxtını bir daha biznes sahəsində yeni məhsulların təqdimatı və gələcək planların elan edilməsi, eyni zamanda, dərhal rəy və təkliflərin əldə olunmasına imkan verən zəngin ixtisaslaşmış sərgilər mövsümü gözləyir. Sərgilər köhnə əlaqələrin dəstəklənməsi və möhkəmləndirilməsi üçün əla platforma, eləcə də yeni tanışlıqların və işgüzar münasibətlərin yarandığı məkandır. Sərgilər brendinq baxımından da çox vacibdir, çünki sənaye sərgiləri həm də iştirakçılara baxış, eləcə də görülmüş işlər və onların nəticələri barədə hesabatdır. Bundan başqa, bu tədbirlər elektron yazışma və zənglər vasitəsilə uzun müddət cavabsız qalan çoxsaylı texniki və kommersiya məsələlərini birbaşa danışıqlar çərçivəsində və qısa vaxt ərzində həll etməyə imkan verən məkandır. Bu baxımdan, heç də təsadüfi deyil ki, sərgiləri “əl sıxılan məkan” da adlandırırlar.

Artıq bütün sərgilərin veb-saytlarında elektron qeydiyyata start verilib. Ziyarətçi sərginin veb-saytında elektron qeydiyyatdan keçməklə, üzərində bar-kod olan elektron bilet əldə edə bilərlər. Bu bar-kod “Fast Track” xidmətindən (xüsusi qeydiyyat xidmətindən) istifadə etməyə və qeydiyyat vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Ziyarətçilər üçün sərgilərə giriş pulsuzdur. Bütün sərgilər və burada ziyarətçi və iştirakçılara təklif olunan xidmətlər barədə daha ətraflı məlumatı www.iteca.az veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “Premier Tour” (rəsmi turoperator), eləcə də “Hyatt Regency” və “Qafqaz Point Hotel” (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı) şirkətləri yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY