CƏMİYYƏT
FHN: Sumqayıtda yataqxanada yanğınla əlaqədar 30 nəfər təxliyə olunub
Bakı, 24 avqust, AZƏRTAC
Sumqayıtda yataqxanada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın yataqxananın beşmərtəbəli binasında qeydə alınıb. Hadisə nəticəsində binanın beşinci mərtəbəsində ümumi sahəsi 26 kvadratmetr olan birotaqlı mənzilin eyvanında bir soyuducu və taxtadan quraşdırılan iki rəf yanıb.
Yanğınla əlaqədar mənzillərdən 30 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib, alov söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]