İQTİSADİYYAT
“Dədə Qorqud” qazma qurğusunun istismara verilməsindən 21 il keçir
Bakı, 24 avqust, Nihad Budaqov, AZƏRTAC
“Dədə Qorqud” yarımdalma qazma qurğusunun istismara verilməsindən 21 il ötür.
AZƏRTAC xəbər verir ki, əvvəllər “Kaspmorneft” olan və ulu öndər Heydər Əliyev tərəfindən adı dəyişdirilərək Azərbaycan ədəbiyyatının ən qədim eposunun qəhrəmanı şərəfinə Dədə Qorqud adlandırılan bu qazma qurğusu keçmiş Sovet İttifaqının neft sənayesində ilk yarımdalma qazma qurğusu olub. Əsaslı modernləşdirmədən sonra istismara verilən “Dədə Qorqud” qazma qurğusu dənizdə suyun 300 metrədək dərinliyində 10 min psi (Pounds per square inch) həddinədək təzyiq altında 500 metrədək dərinliyi olan quyularda qazma işləri aparmağa qadirdir. Hazırda “Dədə Qorqud” qurğusu Xəzər dənizində BP şirkətinin öz əməliyyatlarında istifadə etdiyi 3 yarımdalma qazma qurğusundan biridir.
Qeyd edək ki, “Dədə Qorqud” qazma qurğusu 1996-cı il avqustun 24-də istismara verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]