Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli Azərbaycan alimi, BDU-nun ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışı olub.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən söhbət açıb. Bildirilib ki, yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən aldıqları bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər.

Rəfiqə Əliyevanın elmi fəaliyyətindən danışan A.Məhərrəmov qeyd edib ki, görkəmli alimin araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənləşdirilməsinə həsr edilib. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Bu tədqiqatları inkişaf etdirmək üçün universitetdə böyük əzmkarlıq və gərgin zəhmət hesabına yeni, müasir bir elm mərkəzi - ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaradıb. Görkəmli alim istedadlı və bacarıqlı gəncləri həmin laboratoriyaya cəlb etməklə ekologiyanın aktual problemləri üzrə apardıqları tədqiqat işləri ilə onu ölkənin ən qabaqcıl elm mərkəzinə çevirə bilmişdi.

Rəfiqə xanımla bağlı xoş xatirələrini bölüşən rektor onun böyük bir nəslin ən parlaq nümayəndələrindən biri və özündə ən gözəl keyfiyyətləri birləşdirən ziyalı olduğunu xüsusi qeyd edib, akademikin məhsuldar elmi-pedaqoji fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Əməkdar Elm Xadimi fəxri adına layiq görüldüyünü, “Şöhrət” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə görkəmli alimin respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, Rəfiqə Əliyeva Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Rəfiqə Əliyeva 450-dən çox elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan görkəmli alimin rəhbərliyi altında iyirmidən çox fəlsəfə və elmlər doktoru yetişib.

“O, həyat və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamışdı. Buna baxmayaraq, akademiya ilə də əlaqəsini kəsmirdi. Rəfiqə xanımın Azərbaycan elmində xüsusi rolu var. Onun zəkasının işığı hər zaman tələbələrinin, övladlarının üstündə olacaq və onları daim xalqa xidmətə ruhlandıracaq”, - deyə A.Əlizadə vurğulayıb.

Akademik Rəfiqə Əliyevanın çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışan təhsil naziri Mikayıl Cabbarov deyib ki, onun Azərbaycan elm və təhsilinin inkişafında müstəsna xidmətləri var. Rəfiqə xanım bütün həyatını, bilik və bacarığını kimya elminin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına sərf edib. Elmi araşdırmalarını kimyanın mühüm istiqamətlərindən olan analitik kimyanın aktual problemlərinin həllinə həsr edən Rəfiqə Əliyeva bu sahədə yeni bir elmi məktəb formalaşdırmağa nail olub. Məhz bu məktəbin yetirmələri olan alimlər hazırda kimya elminə öz töhfələrini verməkdədirlər.

Görkəmli alimin Türkiyə, ABŞ, Yaponiya, Rusiya və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etdiyini xatırladan nazir qeyd edib ki, akademik Rəfiqə Əliyeva elmimizi daim layiqincə təmsil edib. Onun elmi fəaliyyətinin nəticələri və irəli sürdüyü elmi konsepsiyalar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Onun elmi məqalələri, əsərləri, dərslikləri elm və təhsilimiz üçün əvəzsiz töhfədir.

Sonra BDU-nun kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov “Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rəfiqə Əliyevanın müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olduğunu bildirib. Komitə sədri deyib: “O, hərtərəfli və aktiv fəaliyyətinə görə Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi. Bizim komitə ilə sıx əməkdaşlıq edərək öz dəyərli təkliflərini, məsləhətlərini verərdi. Rəfiqə xanım böyük alim olmaqla yanaşı, həm də gözəl ana və həyat yoldaşı idi”.

Sonra Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Əməkdar Jurnalist Flora Xəlilzadə, akademik Vasim Məmmədəliyev, kimya fakültəsinin üçüncü kurs tələbəsi, akademik Rəfiqə Əliyeva adına təqaüdçü Emil Qasımov görkəmli alimin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərindən bəhs ediblər.

Ailə üzvləri adından tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirən alimin qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva deyib: “İnsan ömrü daimi və sonsuz deyil. Əbədi yaşayan, sonsuz olan insanın əməlləri, gördüyü işlərdir. Anam Rəfiqə Əliyeva bu nöqteyi-nəzərdən çox xoşbəxt insan idi. O, ömrü boyu yorulmaz fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verib. Çoxsaylı tələbələri bu gün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir və uğurlar əldə edirlər”.

Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir