İDMAN
İtaliya yığması Gürcüstan voleybolçuları üzərində 3:0 hesablı qələbə qazanıb
Tbilisi, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində Tbilisidə “B” qrupunda mübarizəyə start verilib.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki Yeni İdman Sarayında keçirilən ilk görüşdə ev sahibi Gürcüstan yığması İtaliya millisi ilə qarşılaşıb. Oyun İtaliya yığmasının 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb. İtaliyalılar setlərdə 25:14, 25:12 və 25:12 hesabı ilə asan qələbə qazanıblar.
Bu qrupun digər oyununda Xorvatiya və Belarus milliləri üz-üz gələcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]