DÜNYA
İstanbul polisi İŞİD-lə əlaqədə şübhəli bilinən 30-dan çox əcnəbini həbs edib
Bakı, 23 sentyabr, AZƏRTAC
İstanbul polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri həbs edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, saxlanılanların 31 nəfəri digər dövlətlərin vətəndaşlarıdır. Bununla belə, onların milli mənsubiyyəti açıqlanmır.
Yerli polis orqanlarının əməkdaşları şənbə günü antiterror əməliyyatları çərçivəsində İstanbuldakı 15 binada axtarış aparıblar. Həbs olunanlardan bir neçəsinin Suriya və İraqda İŞİD silahlıları tərəfdə vuruşduqları güman edilir. Axtarış zamanı, həmçinin təşkilata aid çox sayda sənəd və elektron avadanlıq ələ keçirilib.
Saxlanılan şübhəlilərlə bağlı araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]
Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb
- 10.05.2024 [12:46]
Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb
- 10.05.2024 [12:33]
Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub
- 10.05.2024 [12:04]