MƏDƏNİYYƏT
“Pəncərə” klubunda “Bakının dəb axşamı”
Bak, 25 sentyabr, AZƏRTAC
Bakıda “Pəncərə” klubunun növbəti, altıncı tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, klubun həmtəsisçisi, yazıçı-publisist Günel Anarqızı klubun ziyalıların, sənət adamlarının ən sevimli görüş yerinə çevrildiyini söyləyib. Bildirib ki, şəhərin mədəni həyatında sözün, şeirin, ədəbiyyatın ayrıca yeri olduğu kimi dəbin, musiqinin də xüsusi əhəmiyyəti var və belə tədbirlər hər zaman xanımlar tərəfindən maraqla qarşılanır.
Əməkdar Artist Nərgiz Cəlilovanın aparıcılığı ilə keçirilən əyləncəli “Bakı dəb axşamı”nda Əməkdar Artist Tünzalə Ağayeva, müğənnilər Aygün Tağıyeva, Miri Yusif və digər musiqiçilər ifaları ilə tədbirə rəng qatıblar.
Gecədə Bakıda fəaliyyət göstərən məşhur moda evlərindən sayılan “Dəbz” və “Libas”ın geyimləri modellər tərəfindən nümayiş olunub.
Sonda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.