REGİONLAR


109 saylı Balakən seçki dairəsi: məntəqələr səsvermə gününə tam hazırdır

A+ A

Balakən, 5 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

109 saylı Balakən seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədi ilə bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planına uyğun aparılır.

Dairə seçki komissiyasının sədri Vahid Əliyev AZƏRTAC-a bildirib ki, dairənin tərkibinə daxil olan 39 seçki məntəqəsinin hər biri səsvermə gününə tam hazır vəziyyətdədir. Bütün məntəqələr zəruri texniki vasitələrlə təmin olunub. Səsvermənin gedişini izləmək üçün 8 məntəqədə veb-kamera quraşdırılıb. İndiyədək 120 nəfər müşahidəçi qeydiyyatdan keçib. Referendumqabağı təşviqatın aparılması üçün dairənin ərazisində açıq və qapalı görüş yerləri ayrılıb.

Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 43 min 555 seçici qeydə alınıb. Onlardan 355 nəfəri səsvermədə ilk dəfə iştirak edəcək. Dairənin ən yaşlı seçicisi kimi qeydə alınan 116 yaşlı Fatma Səməddinova isə Qullar kəndindəki 12 saylı seçki məntəqəsində səs verəcək.

Sentyabrın 6-da dairə üzrə aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.