TARİXDƏ BU GÜN


10 AVQUST

A+ A

1913-cü il. Azərbaycanın Xalq Rəssamı, Dövlət mükafatı laureatı Kazım Kazımzadə anadan olub (1913-1992). Əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərən K.Kazımzadə ilk dövrdə Nizaminin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına illüstrasiyalar çəkib. “Cəbhə yollarında” (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirib. Bakıda Səməd Vurğunun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını K.Kazımzadə verib.
1985-ci il. Məşhur müğənni Maykl Cekson əfsanəvi “Beatles” qrupunun bütün mahnılarının müəlliflik hüququnu 47,5 milyon dollara satın alıb.
2003-cü il. Rus kosmonavtı Yuri Malençenko kosmosda evlənən ilk insan olub. Y.Malençenko kosmosda olarkən rus əsilli ABŞ vətəndaşı Ekaterina Dmitrieva ilə evlənib.

2010-cu il. Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak edib. Akademiyada vətənpərvər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına sadiq, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, sərhədlərimizin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılıb. Hər il ənənəvi olaraq Dövlət Bayrağı meydanında akademiyanın məzunlarının buraxılış mərasimləri keçirilir. Cari ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasından 151 gənc zabit məzun olub. Son illər Akademiya təkcə Azərbaycan sərhədlərinin deyil, həm də xarici dövlətlərin hüdudlarının mühafizəsi üçün ixtisaslı mütəxəssislər hazırlayan beynəlxalq tədris mərkəzinə çevrilib.

 

2014-cü il. Türkiyə Respublikasının 12-ci prezidenti vəzifəsinə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğan səslərin 51,79 faizini toplayaraq qalib gəlib. Bu seçki Türkiyədə Prezidentin bilavasitə xalq tərəfindən seçildiyi ilk seçki kimi tarixə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]