TARİXDƏ BU GÜN


10 FEVRAL

A+ A

1998-ci il. Milli Məclis ümummilli lider Heydər Əliyevin ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və bununla bağlı tarixi qərar qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Ulu Öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirib.

 

 

 

1828–ci il. Çar Rusiyası ilə İran arasında Türkmənçay müqaviləsi imzalanıb. Sənədə əsasən, Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil olub. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürülüb. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürülüb.

1869–cu il. Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin doğum günüdür (1869-1932).  C.Məmmədquluzadə hekayə və povestləri, dram əsərləri, məşhur “Ölülər” komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
1918-ci il. Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, yazıçı, nasir Cəmşid Əmirov anadan olub (1918-1982). Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayan C.Əmirov “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və digər məşhur detektiv əsərlərin müəllifidir.
1903–cü il. SSRİ Xalq Artisti, bəstəkar, Matvey Blanterin doğum günüdür (1903-1990). M.Blanter məşhur “Katyuşa” mahnısının, “Futbol marşı”nın müəllifidir.

 

 

2013–cü il. Azərbaycanın tanınmış elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimov vəfat edib (1948-2013). Radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayan M.Kərimovun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub. Akademik 2011-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi elmimizin beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunması istiqamətində səylə çalışıb.

 

1837–ci il. Dahi rus şairi, yazıçı, dramaturq Aleksandr Puşkin vəfat edib (1799-1837). A.Puşkinin adı Azərbaycan tarixi və mədəniyyəti ilə qırılmaz tellərlə bağlıdır. Sadə, xalq dilinə yaxın, başadüşülən tərzdə yazan A.Puşkin “Yevgeni Onegin”, “Ruslan və Lyüdmila”, “Qaratoxmaq qadın”, “Kapitan qızı” və digər əsərlərin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
21.02.2017 [09:00]
20.02.2017 [09:00]
19.02.2017 [09:00]
18.02.2017 [09:00]