İDMAN
10 İYUL
1960-cı il. Futbol üzrə ilk Avropa çempionu müəyyənləşib. Avropa çempionatına (həmin dövrdə “Avropa Millətlər Kuboku” adlanırdı) ev sahibliyi edən Fransanın Paris şəhərində keçirilən final oyununda SSRİ və Yuqoslaviya komandaları qarşılaşıb. Əsas hissəsi 1:1 başa çatan oyunun qalibi əlavə vaxtda bilinib. Viktor Ponedelnikin atdığı qolla SSRİ yığması ilk Avropa çempionu olub. | |
|
1913-cü il. Kaliforniyadaki Ölüm Vadisində havanın temperaturu 56,7 dərəcə isti təşkil edib. Bu, ABŞ-da qeydə alınmış ən yüksək istilik göstəricisidir. |
1962-ci il. ABŞ-ın Telstar adlı ilk əlaqələr peyki orbitə buraxılıb. | |
1934-cü il. Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sabiq sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralov anadan olub. Bacarıqlı maarif işçisi və xeyirxah insan Zahid Qaralov 2015-ci il yanvarın 7-də ömrünün 81-ci ilində vəfat edib. |