İQTİSADİYYAT
"Uber" taksi xidməti vergi verəcək
Bakı, 17 oktyabr, AZƏRTAC
"Uber" taksi xidməti vergiyə cəlb olunacaq.
AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, oktyabrın 17-də bununla bağlı keçirilən iclasda "Uber" taksi xidmətləri ilə bağlı qeyri-rezidentə elektron qaydada aparılan ödənişlər, digər taksi sistemlərinə elektron ödənişlərin tətbiqi, eləcə də "Uber" taksi xidmətinin vergiyə cəlb edilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.