Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Hafiz Quliyev: Quruluş verdiyim bütün səhnə əsərləri ilə əkizəm

Hafiz Quliyev: Quruluş verdiyim bütün səhnə əsərləri ilə əkizəm

Bakı, 17 oktyabr, Ceyhun Alışlı, Flora Şükürova, AZƏRTAC

Personajların mənəvi dünyasını dərindən tədqiq edərək xarakterini tamaşaçıya çatdırmaq rejissor üçün nə qədər məsuliyyətli işdirsə, bir o qədər də şərəflidir. Hafiz Quliyev yaradıcılığı boyu sadalanan məziyyətlər ilə tamaşaçı və çalışdığı sənət ocağının yaradıcı kollektivinin sevgisini qazanaraq, özünü əsl sənətkar kimi sübut edə bilib. Hafiz müəllim elə sənətkarlardandır ki, onun zəngin yaradıcılığı insani keyfiyyətləri ilə üst-ütsə düşür. 30 ildən çoxdur ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rejissor kimi çalışan Hafiz Quliyev hazırda sənət ocağının baş rejissorudur. Pedaqoji fəaliyyətlə də məşğul olan Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin yaradıcılıq dünyası ilə yaxından tanış olmaq üçün onunla həmsöhbət olduq. AZƏRTAC müsahibəni təqdim edir:

Tamaşaçı ilə səhnə arasında 

münasibət quran adam

-Hafiz müəllim, rejissorluq sənəti sizin üçün nədir?

-Rejissorluq çox çətin sənətdir. Bu suala konkret cavab vermək olmur. ABŞ-da vaxtilə ən çətin ixtisaslar üzrə müsabiqə keçirilib. Sonda kosmonavtlıq və rejissorluq ixtisası çətinliyinə görə müvafiq olaraq ilk yerdə qərarlaşıb. Teatr incəsənətin sintetik bir növü olduğu kimi, rejissorluq sənəti də özündə çoxsaylı komponentləri birləşdirir. Rejissorluq səhnədə münasibət qurmaqdır. Rejissor tamaşaçı ilə səhnə arasında münasibət quran adamdır. Eyni zamanda, rejissor dünya şöhrətli dramaturqların, yazarların və bəstəkarların psixoloji-dramaturq janrda olan əsərlərini başa düşməli, əsərin halını duymalı və münasibətləri düzgün aydınlaşdırmalıdır. Rejissorluq -təşkilatçılıq, bacarıq, psixoloji təcrübə, bəstəkarlıq və rəssamlığı duymaq, habelə tamaşaçı istəyinə bələd olmaq deməkdir. Mənim üçün rejissorluq nə qədər mürəkkəb bir ixtisas olsa da, bir o qədər də şərəfli sənətdir.

Rejissor üçün əsas meyar materialdır

-Bu gün Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan əksər səhnə əsərlərinə sizin quruluşunuzda baxılır. Səhnələşdirilmə prosesində sizin üçün hansı meyarlar əsasdır?

- Səhnələşdirilmə prosesi elədir ki, hər əsərə görə vəziyyət dəyişir. Rejissorluqda standartlıq yoxdur. Rejissor üçün əsas meyar materialdır. Rejissor əsərlə yaxından tanış olduqdan sonra müəyyənləşdirir ki, bu əsərdə kimlər oynaya bilər. Yəni əsərə necə quruluş vermək lazımdır ki, tamaşaçı məmnunluğu hiss edilsin. Opera və Balet Teatrında çalışan hər bir yaradıcı əməkdaş təbii ki, peşəkardır. Faktura, səs imkanları, aktyor peşəkarlığı, obraz seçimi, ümumilikdə səhnə əsərinin tərtibatı, musiqisi və dinamikası bütün bunlar tamaşanı bütövləşdirir. İstər pyes olsun, istər opera fərqi yoxdur, qeyd etdiyimiz komponentlərin səhnələşdirmə prosesində bir vəhdəti tapılır. Bu vəhdət harmonik şəklində bir-birini əvəz edirsə, tamaşaçılara bir not şəklində çatırsa, demək tamaşa alınıb. Meyar onda əsas götürülür ki, bütün komponentlər - tərtibat, əsərin özü, ifaçıların görünüşü və peşəkarlığı keyfiyyətli olsun və rejissor traktovkası da onları tamamlasın. Meyar əslində hər şeyin bir arada olmasıdır.

Hər bir rejissorun özünün gizlin ssenarisi, qeydləri var

-Ümumiyyətlə, rejissor bir səhnə əsərini nə qədər müddətə hazırlayır. Quruluş zamanı sizi çətin vəziyyətə salan səhnə əsəri olubmu?

-Quruluş üçün konkret vaxt anlayışı yoxdur. Əgər rejissor bir əsəri götürürsə və ya ona hər hansı bir əsər verilirsə bu haqda o, aylarla, illərlə fikirləşə bilər, araşdırma apara bilər. Hər bir rejissorun özünün gizlin ssenarisi, qeydləri var. Tanınmış rejissorların da arxivlərdə heç kimə məlum olmayan gizlin qeydləri var. Rejissor əsər haqqında düşündükcə onun təxəyyülündə müəyyən fikirlər, fantaziyalar yaranır. Tədricən qeydlərə köçürülür. Köçürülmə prosesində də konkret vaxt yoxdur. Bu, əsərin materialından asılıdır. Rejissor özü əsərə tam hazır olandan, onu tam obraz kimi görə bildikdən sonra əsər aktyorlara çatır. Sonra stolarxası iş, obrazların aydınlaşması, musiqi dərsləri, səhnə mizanlaşması və digər proseslərə start verilir. Hazırlama prosesi əsərin özündən və rejissorun ona nə vaxt hazır olmağından asılıdır. Elə rejissor var əsəri bir il düşünür, eləsi də var bir ay. Bu, eyni zamanda əsərin özü və qoyulan vaxtdan da asılıdır. Əgər özüm bu əsərə hazıramsa, demək əsər hazırdır. Burada yalnız texniki problemlər ola bilər. Problemlər əsərin nəzəriyyəsi praktikaya keçəndə baş verə bilər. Yəni rejissor düşündüyünü həyata keçirmək istəyəndə aktyorla fikri üst-üstə düşməyə bilər. Rejissorluğun üstünlüyü də budur ki, belə vəziyyətlərdə problemi müdrikcəsinə yoluna qoysun. Heç bir rejissor deyə bilməz ki, iş prosesində hər şey rahatdır. Xırda problemlər, mübahisələr ortaya çıxa bilir. Ancaq çalışmaq lazımdır ki, yaxşı bir səhnə əsəri ortaya qoyulsun. Quruluş verdiyim zaman hansısa bir çətin vəziyyətə düşməyimi xatırlamıram. Ancaq onu deyə bilərəm ki, quruluş verdiyim bütün səhnə əsərləri ilə əkizəm.

Bizim gəncliyimiz “Arşın mal alan”nın

musiqisi ilə tərbiyələnib

-Rejissoru olduğunuz səhnə əsərləri bir çox xarici ölkələrin məşhur sənət ocaqlarında nümayiş edilib. İşinizə həmin ölkələrdə necə maraq göstərilib?

-Toxunduğunuz məsələ haqqında geniş danışmaq istəyirəm. Bu gün Azərbaycan mədəniyyətinin dünyada təbliğ edilməsi istiqamətində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi böyük işlər görür. Teatrların yaradıcı kollektivlərinin qastrollarda olmasına, beynəlxalq festivallarda çıxışlarına böyük qayğı göstərilir. Opera və Balet Teatrının da yaradıcı truppası bu qayğı ilə əhatələnib. İstər ölkəmizdə, istərsə də xaricdə uğurlu çıxışlarımız olub. Mən də truppamızın üzvü kimi yaradıcı məqsədlər üçün bir çox xarici ölkələrdə - Türkiyə, Rusiya, Çin, Belarus və digər ölkələrdə olmuşam. İki dəfə Ankarada, bir dəfə isə Samsun şəhərində “Arşın mal alan” operettasını səhnələşdirmişəm . İstanbulda isə çoxlu qastrollarda olmuşam. Belarusda bu ölkənin aktyorları ilə birlikdə çalışmışam, Çin və Tacikistanda tamaşa qoymuşam. Bu maraqlı prosesdir. Hər hansı bir ölkəyə dəvət alırsan, orada 50-60 gün bir tamaşaya quruluş verirsən. Bilirsiniz, Türkiyə teatrı fərqli bir teatrdır. Belarus teatrı ola bilsin bizim məktəbə yaxındır, çünki sovet dövründə biz eyni məktəbi keçmişik. Çin məktəbi isə ümumiyyətlə, başqadır. Rejissor, həm də psixologiyanı bilən adam olmalıdır. Bütün dünyada insan halı eynidir. Psixologiyalarda oxşarlıqlar çoxdur. Rejissor hansı ölkənin aktyoru ilə işləməsindən asılı olmayaraq, o ölkənin aktyorlarının ümumi psixoloji halını tutmalıdır. Eyni zamanda, həmin ölkənin teatrının estetikasını da özün üçün aydınlaşdırmalısan. 1997-ci ildə Opera və Balet Teatrında ulu öndər Heydər Əliyev türk dünyasının böyük alimi İhsan Doğramacı ilə “Arşın mal alan” operettasına baxdılar. Ulu Öndər bu səhnə əsərinə baxdıqdan sonra dəyərli fikirlər səsləndirdi. Sonra türkiyəli həmkarlarımız bizim teatrda oldular bu əsərə növbəti dəfə baxdılar. Teatrın direktoru Akif Məlikova demişdilər ki, biz istəyirik bu operetta Ankarada da səhnəyə qoyulsun. Teatrın bütün istedadlı aktyorlarını bu əsər üçün seçmişdilər. Ankaraya gedib əsərin məşqlərinə başladıq. Mən bunlarla işlədiyim zaman əvvəlcə onları öyrənməyə çalışırdım, onlar da məni. Bir həftədən sonra bir-birimizi çox gözəl başa düşürdük. 2003-cü ildə mən Ankarada “Arşın mal alan” operettasını fərqli quruluşda səhnəyə qoyduqdan sonra o əsər uzun müddət teatrın repertuarında oldu. Tamaşa səhnəyə qoyulduqdan sonra böyük sevgi ilə qarşılandı. 15 dəqiqə tamaşaçılar ayaqüstü alqışlarla təəssüratlarını bildirdilər. Pərdələrin bağlanmağına baxmayaraq insanlar zalı tərk etmirdilər. Sonda aktyor heyətini və məni səhnəyə dəvət etdilər. Belə bir millətin Üzeyir Hacıbəyli kimi övladı olduğuna görə qürur duydum. Bu əsəri Belarusda da səhnəyə qoymuşam. Orda da nümayiş uğurlu alınıb. Artıq yeddinci ildir ki, “Arşın mal alan” Belarus Akademik Musiqili Teatrının repertuarında yer alır. Hər dəfə də səhnəyə qoyulduqda biletlər vaxtından əvvəl satılır. Bu barədə mənə belaruslu həmkarlarım zəng edib bildirirlər. Bu da bizim üçün ikiqat sevincdir. Bu operetta Belarusda milli teatr nominasiyası üzrə ilk yerlərdən birini qazanıb.

“Arşın mal alan” ilk dəfə 1956-cı ildə Çində səhnəyə qoyulmasına baxmayaraq, 2011-ci ildə məni Pekinə dəvət etdilər ki, bu əsəri yenidən səhnələşdirim. Bu ölkənin teatr məktəbi də, səhnə texnikası da fərqlidir. Buradakı aktyorlar da fərqli ölkələrdə bu sənət üzrə təhsil almış insanlardır. Biz hər gün səkkiz saat məşq edirdik. Vaxt bitdikdən sonra oradakı aktyorlar əlavə üç saat da qalırdılar ki, məşq etsinlər. Bildirirdilər ki, sizin məktəb bizim xoşumuza gəlir. Tamaşaya baxmaq üçün Çinin mədəniyyət nazirinin müavini də gəlmişdi. O, orada bir söz dedi: “Bizim gəncliyimiz “Arşın mal alan”nın musiqisi ilə tərbiyələnib. Biz istəyirik ki, indiki gənclərimiz də bu əsərin musiqisi ilə qidalansın”. Harada olmuşuqsa orda bizə xoş münasibət göstərilib və işimiz minnətdarlıq hissi ilə qarşılanıb. Hər zaman Azərbaycan mədəniyyətinə, Üzeyir Hacıbəyli yaradıcılığına bütün dünyada böyük sevgi hiss etmişəm.

Bu günün dinamikası, estetikası və bədii

zövqü insanların zövqü ilə uyğunlaşdırılır

-“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Arşın mal alan” və digər bu kimi səhnə əsərlərinə bir çox rejissorların quruluşunda baxılıb. Qeyd edilən səhnə əsərlərində rejissor işi hansı məziyyətlərinə görə bir-birindən fərqlənir?

-Qeyd etdiyiniz əsərlər elə əsərlərdir ki, yazıldığı gündən heç vaxt repertuardan çıxmayıb. “Leyli və Məcnun”a sevgi və maraq çox olduğundan ona quruluş verən rejissorlar da kifayət qədərdir. Yəni səhnə tərtibatı fərqli ola bilər. Füzuli və Üzeyir dahiliyi bu əsərdə bir yerdə qərarlaşır. Bütün rejissorlar bu tamaşaya traktovka verəndə Füzuli fəlsəfəsi ilə Üzeyir musiqisi kontekstində yanaşır. Zamanın özünün tələbləri var. Zaman keçir insanların ümumi halı və cəmiyyətin dinamikası dəyişir. Dinamika dəyişəndə teatrlarda tamaşaların mizanlarında, traktovkasında da dəyişikliklər olur. Məsələn, 1932-ci ildə “Aşıq Qərib” səhnədə dörd saat gedirdi, bu gün isə onu elə səhnələşdirib tamaşaçıya çatdırırıq ki, tamaşaçı yorulmasın. Yəni bu günün dinamikası, estetikası və bədii zövqü insanların zövqü ilə uyğunlaşdırılır.

Tamaşaçıların gəncləşməsi teatrlaşmanı da gəncləşdirir

- Opera və Balet Teatrı tamaşaçıları ilə münasibətini necə qurur?

-Bu gün Opera və Balet Teatrının öz tamaşaçısı var. Düşünürəm ki, bir sənət ocağı üçün tamaşaçı sayının çoxluğu və məmnunluğu onun maraqlı repertuarından asılıdır. Eyni zamanda, səhnə əsərlərinin keyfiyyəti yüksək olmalıdır. Monotonluq olmamalıdır. Bizdə belə bir qayda da var ki, teatrımızın rəhbərliyi dünyanın ən məşhur balet və opera ulduzlarını ayda bir neçə dəfə teatra dəvət edir. Onların vasitəsilə hansısa klassik əsəri tamaşaçılara təqdim edirik. Teatrımızın truppası bütün səhnə əsərlərini öz gücü ilə təqdim edir. Həmçinin, dünyanın məşhur sənət ocaqları ilə mübadilə gedir. Ən məşhur sənət adamlarını çağırırıq və bizdən də həmin sənət ocaqlarına gedirlər. Deyə bilərəm ki, bu gün Opera və Balet Teatrında gənc istedadlar çalışır. Sevindiricidir ki, “Muğam müsabiqəsi”nin bir neçə qalib iştirakçıları da teatrımızda çalışır. İstedadlı gənc əməkdaşların teatrda çalışmaları və xarici festivallarda ölkəmizi uğura təmsil etmələri ümumilikdə Azərbaycan mədəniyyətinin uğurudur. Bizim teatrımız tamaşaçı baxımından korluq çəkmir. Elə olur ki, tamaşanın nümayişinə üç gün qalmış bilet tapılmır. Əminliklə deyə bilərəm ki, tamaşaçıların arasında gəncləşmə müşahidə edilir. Bu da teatrlaşmanı gəncləşdirir.

Kütləvi şəkildə rejissorluq olmur

- Dərs dediyiniz ailə təhsil ocağında tələbələrin rejissorluq və aktyorluq sənətinə marağı hansı səviyyədədir. Onlara necə köməklik göstərirsiniz?

- Əminliklə deyə bilərəm ki, hazırda çox istedadlı və tələbkar tələbələrim var. Hər zaman müəllim kimi onlara dəstək göstərməyi özümə borc bilirəm. İndiyədək tələbələrimdən şikayətçi olmamışam. Bu, o demək deyil ki, mənim qrupuma qəbul olan tələbələr yüksək səviyyəli rejissorlardır. Kütləvi şəkildə rejissorluq olmur. Tələbələrimə hər şeydən öncə bir şəxsiyyət kimi yanaşıram. Universitetdə ümumi tədris deyilən bir metod var. Aydındır ki, rejissorluq fakültəsində təhsil alan tələbələrin hamısı dahi rejissor ola bilməz. Bu sənəti sevgi ilə qazanmaq lazımdır. Öz üzərində çalışmalısan. Sevindirici haldır ki, bu gün universitetdə diplom işini müdafiə edən elə istedadlı gənclərimiz var ki, onların səhnələşdirdiyi əsərlərə baxdıqda adam heyrətlənməyə bilmir. Onların diplom tamaşaları çox maraqla qarşılanır. Bu baxımdan gələcəkdə tələbələrimin sənətdə müvəffəqiyyət qazanacağına, özlərini sənətkar kimi təsdiq edəcəklərinə ümidlərim böyükdür.

Vətəninə və sənətinə sadiq olmalısan

-Hazırda hansı iş üzərində çalışırsınız?

- Cahangir Cahangirovun “Xanəndənin taleyi” əsəri üzərində işləyirik. Bu əsərdə əslən Nardarandan olan Mirseyid Babayev adlı xanəndədən danışılır. Bu şəxsin möhtəşəm səsi olmağına baxmayaraq, çox acınacaqlı həyatı olub. Bu insan gözəl sənətkar olur, həyat üzünə gülür milyoner kimi tanınır. Sonra elə olur ki, xanəndəliyi özünə sığışdırmır. Nəticədə ölkəni tərk edir, Fransaya gedir. Orada da müflisləşir. Təsəvvür edin, bütün vallarını məhv edərək yerdə qalanları da baha qiymətə alıb sındırır ki, keçmişindən heç nə qalmasın. Bütün var-dövlətini itirir və Parisdə mağazaların birində bir valı qalır, onu almağa imkanı çatmır. Elə olur ki, Azərbaycandan gedən adamlar onu görürlər, tanıyırlar və həmin valı alıb ona verirlər. Sonucda o valda əlindən düşüb sınır. Sonra onu İrana gətirirlər, ömrünün axırınadək burada balaca çayxanada oxuyaraq pul qazanır. O, elə sənətkar olub ki, xarici ölkədə o vaxt valı çıxıb. Əsərin mahiyyəti budur ki, vətəninə və sənətinə sadiq olmalısan. Bu əsərin premyerası oktyabrın 25-nə nəzərdə tutulur.

-Müsahibə üçün sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır