İQTİSADİYYAT
Hərracda 7 investor tərəfindən 18 sifariş təqdim edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 20 milyon manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 7 investor tərəfindən 18 sifariş təqdim edilib. Sifarişlərin qiymət intervalı 94.9613 AZN və 97.1106 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 141 200,00 AZN təşkil edib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9554 AZN, orta ölçülmüş qiyməti 96.1376 AZN müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 20 000 000 AZN təşkil edib. İstiqrazlar 2018-ci il aprelin 17-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]