Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni geosiyasi konfiqurasiya: Ərdoğanın Tehran səfəri strateji kontekstdə

Yeni geosiyasi konfiqurasiya: Ərdoğanın Tehran səfəri strateji kontekstdə

Türkiyə Prezidentinin İrana baş çəkməsinə ekspertlər ciddi maraq göstəriblər. Onlar bu səfərin arxasında qlobal geosiyasi proseslərlə bağlı mühüm məqamların dayandığını düşünürlər. Eyni zamanda, Yaxın Şərqdə son zamanlar müşahidə edilən bir sıra geosiyasi dəyişikliklər prizmasından iki böyük dövlətin əlaqələrinin yeni məzmun kəsb edə biləcəyi proqnozlaşdırılır. Buraya, bir qayda olaraq, Rusiya da aid edilir. Kremlin Ankara-Tehran əməkdaşlığının geosiyasi-hərbi aspektinin əsas təkanvericisi olduğu bildirilir. Bunların fonunda Yaxın Şərq-Cənubi Qafqaz-Mərkəzi Asiya oxunda meydana çıxa biləcək geosiyasi özəlliklərin analizi aktuallıq kəsb edir. Bundan başqa, tarixi Türkiyə-İran müttəfiqliyi baş tuta bilərmi?

Yaxın Şərqin problemləri: əzəli rəqiblər birləşirlər?

Ekspertlər Türkiyə-İran münasibətlərinin Yaxın Şərqin geosiyasi gələcəyi baxımından böyük önəm kəsb etdiyini vurğulayırlar. Onların fikirlərinə görə, regionun iki böyük dövləti əməkdaşlıq edə bilsələr, bir çox problemlərin həll edilmə şansı artar. Bu məqamın işığında Rəcəb Tayyib Ərdoğanın İrana səfərinə mütəxəssislər böyük maraq göstərdilər. Onlar Ankara ilə Tehran arasında əhəmiyyətli razılıqların əldə edilə biləcəyinə inanırdılar.

Bu gözləntilər özünü doğrultdu. İki dövlətin başçıları region üçün mühüm və aktual sayılan bütün məsələlər üzrə ortaq mövqeyə gələ bildilər. Onlar dörd sənədə imza atdılar. Bu görüş Türkiyə-İran Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası çərçivəsində keçirildiyindən aparılan müzakirələr geniş məsələləri əhatə edib. İran ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 30 milyard ABŞ dollarına qədər yüksəltmək barədə razılığa gəlinib. Bunun üçün geniş imkanlar var. Həmin bağlılıqda tərəflər yerli valyuta ilə ticarət sisteminə keçid barədə də ümumi qərara gəliblər. Bununla onlar ABŞ dollarından asılılığı xeyli azalda biləcəklərinə ümid edirlər.

Tərəflər gömrük, turizm, mədəni-elmi mübadilələr kimi sahələrdə də əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər. Bunlarla yanaşı, onlar indi hər iki tərəf üçün daha önəmli olan təhlükəsizlik və müdafiə sənayesi sferalarında əlaqələrin inkişafı üzərində də dayanıblar. Bu məsələlər regiondakı geosiyasi vəziyyət kontekstində yeni səviyyədə aktuallıq kəsb edib.

Türkiyə Prezidenti jurnalistlərlə söhbətində ifadə edib ki, iki ölkənin hərbi sahədə bir-birinə təklif edə biləcəyi texnikaları vardır. Bu məsələləri nazirlər geniş müzakirə ediblər. O cümlədən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar həmin məsələ ilə əlaqəli iranlı həmkarı ilə müzakirələr aparıb. Bunlarla yanaşı, Ankara və Tehran kəşfiyyat sahəsində də intensiv əməkdaşlıq edirlər. Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri də bu barədə öz iranlı həmkarı ilə görüşlər keçirib.

Bunlar onu göstərir ki, Türkiyə və İran qarşılıqlı münasibətlərdə hərbi və təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verirlər. Ekspertlər bunun səbəbinin əslində aydın olduğunu qeyd edirlər. Məsələ bütövlükdə Yaxın Şərqdə geosiyasi vəziyyətin yeni dinamika alması ilə bağlıdır. Mənzərə daha çox Şimali İraqda keçirilən müstəqillik referendumu və Suriyada meydana gələn hərbi-siyasi durumla sıx bağlıdır.

Suriyada təhlükəsizlik zonalarının yaradılması indi çox aktualdır. Bu istiqamətdə Rusiya, Türkiyə və İran birgə fəaliyyət göstərirlər. Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə bildirib ki, Suriyanın İdlib bölgəsində türk əsgərləri təhlükəsizliyi təmin edəcəklər. Kənardan isə Rusiya əsgərləri olacaq. Deməli, İdlibin dini və etnik tərkibi nəzərə alınaraq, əyalətin təhlükəsizliyi faktiki olaraq Türkiyəyə etibar edilir. Bu, çox prinsipial məsələdir. Çünki məsələ həm də Türkiyənin təhlükəsizliyinin təmin edilməsi ilə sıx bağlıdır. İdlib və Afrinə nəzarət regionda separatçılıq zolağının yaradılmasının qarşısını ala bilər. Belə çıxır ki, İran da Türkiyənin İdlibə nəzarət etməsinə qarşı çıxmır.

Tehranda müzakirə edilən digər vacib məsələ İraqdakı kürd muxtariyyətinin keçirdiyi qeyri-qanuni müstəqillik referendumu olub. Tərəflər qətiyyətlə bu səsvermənin nəticələrini tanımayacaqlarını bəyan ediblər. Onlar İraqın ərazi bütövlüyünün təmin edilməsinin vacib olduğunu bir daha vurğulayıblar. Ancaq kürd muxtariyyətinin rəhbərliyi hələlik region dövlətlərinin tələblərinə heç bir reaksiya vermir. Bunun əsas səbəbini kürdlərin İsrail və Aİ-nin bir sıra ölkələrindən dəstək alması ilə izah edirlər.

Ərbilin oyunu: kimin marağına uyğundur?

Türkiyə Prezidenti də açıq bildirib ki, muxtariyyətin lideri Məsud Bərzani Fransanın siyasi dairələri ilə sıx təmasdadır. Ərbilin küçələrində İsrail bayraqlarının dalğalanması isə Tel-Əvivlə muxtariyyət rəhbərliyinin sıx əlaqəsinin siqnalı kimi təqdim olunur. Belə məlum olur ki, türk rəsmilərin daim vurğuladığı muxtar qurum başçılarının kənardan bu işə təhrik edilməsi əsaslıdır. Qərb sanki Yaxın Şərq üçün növbəti "bahar" hazırlığındadır.

Lakin Türkiyənin dövlət başçısı qətiyyətlə bəyan edir ki, deyilənlərin yeganə yekunu M.Bərzaninin referendumunun nəticələrini ləğv etməsi ola bilər. Bunun necə və nə zaman reallaşacağı haqqında isə fikir bildirilmir.

Bununla yanaşı, İran və Türkiyə ifadə edirlər ki, əgər qoyulan şərtə Ərbil əməl etməsə, hərbi müdaxilə gündəmə gələcək. Ekspertlər bunu kifayət qədər ciddi addım hesab edirlər. Çünki bu halda regionun növbəti irimiqyaslı ixtilaflara meydan olacağı ehtimalı yüksəlir. Həmin aspektdə Yaxın Şərqdə geosiyasi mənzərənin dəyişməsi məsələsi son dərəcə ciddi əhəmiyyət kəsb edir. Suriya və İraq məsələlərinə də məhz bu kontekstdə nəzər salmaq daha doğru olardı.

Bir çox ekspertlər belə hesab edirlər ki, Suriya və İraqda baş verənlərə ümumən Yaxın Şərq kontekstində baxmaq lazımdır. Buraya Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb dövlətinin Qətərlə bağlı mövqelərinin sərtləşməsini də daxil etmək gərəkdir. Qətər böhranının daha çox İran məsələsi ilə bağlı olduğu barədə fikirlər vardır. Çünki Doha qarşısında qoyulan şərtlər sırasında Tehranla əlaqələrin dayandırılması ayrıca vurğulanıb. Bununla hansısa dairələr ərəb dünyasını növbəti dəfə parçalayıb. İndiyə qədər Qətər məsələsində müsbət dəyişiklik yoxdur. Üstəlik, artıq ərəblərin birləşərək kimə qarşısa mübarizə apara biləcəklərindən də söhbət gedə bilməz.

Bu prosesin fonunda Suriyada Deyr əz-Zor ətrafında gərginlik yüksəlir. Orada Rusiya hərbi kontingentinə qarşı hücumlar artır. Bir neçə əsgər əsir alınır, bəziləri öldürülür, bir general isə partladılır. Məhz bu məqamda Astanada Rusiya, İran və Türkiyə İdlib məsələsində razılığa gəlirlər. Və... İraqın şimalında kürdlər müstəqillik referendumu keçirirlər. Hər kəs Ankara və Tehranın buna kəskin reaksiya verəcəyini bilirdi. Deməli, referendum olayı reallıqda Türkiyə və İranı regional miqyasda daha qarışıq bir vəziyyətə salmaq üçün ortaya atılıb. Nə yazıq ki, vətənpərvər kürdlər belə bu tora düşüblər. Onlara dəfələrlə bu addımı atmamaq barədə xəbərdarlıq edildi, lakin görünən odur ki, Ərbil qlobal geosiyasi oyunun və bəzi dövlətlərin maraqlarının qurbanı olmağa razıdır.

Bütün bunları nəzərə alaraq indi ekspertlər Rusiya-İran-Türkiyə müttəfiqliyinin meydana gələ biləcəyi barədə proqnoz verir, bunun bir sıra əlamətlərini belə sadalayırlar. Prezident R.T.Ərdoğan da bildirib ki, arada olan fikir ayrılıqlarını bir kənara qoyub, ümumi maraqlara cavab verən sferalarda (ilk olaraq təhlükəsizlik və ərazi bütövlüyünün təminində) əməkdaşlıq etmək zəruridir. Tehran da bu mövqeni qəbul edir.

Təbii ki, ekspertlərin belə bir proqnoz verməsi üçün xeyli əsaslar vardır. Ancaq burada bir incə məqam da unudulmamalıdır. Dünyada bir sıra dairələr İran, Türkiyə və Rusiya üçün Cənubi Qafqaza yaxın bir bölgədə yeni bir tələ hazırlamırlar ki? Həmin məkanda xaos yaratmaqla, onlar üç böyük dövləti qeyri-müəyyən vəziyyətə sala bilərlər. O halda nəinki sabitlik bərqərar olmaz, hətta ortaya daha geniş miqyasda separatçılıq və terror çıxar. Bir müddətdir ki, ekspertlər yeni bir terror təşkilatının yarana biləcəyindən bəhs edirlər. Özü də əvvəlcədən “bilirlər” ki, həmin təşkilatı müsəlmanlar “yaradacaqlar” və mütləq ilk növbədə regiondakı dövlətlərə qarşı vuruşacaqlar. Təbii ki, “yeni terrorçular” Rusiya və Çin istiqamətində də fəallaşacaqlar.

Bu kimi fikirlər onu göstərir ki, bəzi qüvvələr gizli planlar qururlar. Onlar indi yalnız Yaxın Şərqi deyil, Qafqaz və Mərkəzi Asiyanı da alova bürüməyi hədəfləyiblər. Bu prosesin qarşısını Rusiya-İran-Türkiyə birliyi ala bilər.

Onu da deyək ki, erməni terror qruplarının və siyasi dairələrinin Cənubi Qafqazda ara qarışdıranlarla əməkdaşlıq etmə ehtimalı yüksəkdir. İndidən Ermənistanın siyasi dairələri Rusiyadan uzaqlaşıb, “demokratik Qərbə inteqrasiya olmaq” barədə səs-küy salırlar. Təbii ki, rəsmi İrəvanın Qərbin həqiqi demokratik dairələri ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki həqiqi demokratiya Ermənistan rəhbərliyinin ruhuna və əməlinə tamamilə yad bir anlayışdır. İrəvanın qayğısı antiislam cəbhəsində yer almaqdan ibarətdir ki, öz mənfur niyyətlərinə çata bilsin.

Beləliklə, Cənubi Qafqaza da mümkün təsiri ola biləcək ciddi geosiyasi proseslər gedir. Onların hansının üstünlük təşkil edəcəyini zaman göstərəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”