Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzərində rəqəmsal məkanın yaradılması baxımından əhəmiyyətlidir YENİLƏNİB 2

Bakı, 19 oktyabr, AZƏRTAC

Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzərində rəqəmsal məkanın yaradılması baxımından əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 19-da Azərbaycan Rəqəmsal Ticarət Qovşağına dair keçirilən ilk beynəlxalq konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. Bildirib ki, bugünkü konfransda dünyanın 10 ölkəsindən 100-dək nümayəndə iştirak edir. Konfransın keçirilməsində məqsəd rəqəmsal ticarət mərkəzinin infrastrukturuna xüsusi diqqət yetirərək, transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivlərini müzakirə etməkdir.

"Rəqəmsal Ticarət Qovşağı elektron ticarət və elektron kommersiya sahəsində dövlət-özəl əməkdaşlığı üçün gözəl nümunədir. Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzərində rəqəmsal məkanın, eyni zamanda, Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal Ticarət Qovşağı müsəlman dünyasında elektron iqtisadiyyatın inkişafı üçün də çox əhəmiyyətlidir. İSESKO ilə Rəqəmsal Ticarət Qovşağı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Beləliklə, bu gün həm Avropa İttifaqı, həm də Rusiya ilə imzaların qarşılıqlı tanınması, transsərhəd elektron iqtisadiyyatın inkişafı üçün imzalanmış anlaşma memorandumları Azərbaycanın rəqəmsal ticarət mövqeyini gücləndirəcək", - deyə V.Qasımlı qeyd edib.

İİTKM-in icraçı direktoru deyib: "Rəqəmsal Ticarət Qovşağı nəinki Azərbaycanda, postsovet məkanında ilk dəfə olaraq qeyri-rezidentlərə onlayn qaydada müəssisə açmaq, məsafədən onu idarə etmək imkanı verən bir modeldir. Eyni zamanda, Rəqəmsal Ticarət Qovşağı postsovet məkanında ilk dəfə olaraq imzaların qarşılıqlı tanınması istiqamətində çoxtərəfli əməkdaşlığı təbliğ edən qurum kimi səciyyələndirilə bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, Rəqəmsal Ticarət Qovşağı ilk dövlət-startap layihəsi olaraq postsovet məkanında həm Qərb yarımkürəsinin aparıcı elektron ticarət portalı olan "Amazon", həm də Şərq yarımkürəsində aparıcı elektron ticarət portalı olan "Alibaba" ilə tam inteqrasiya olunub. Bu, gələcəkdə Azərbaycan iqtisadiyyatında ixracın həcminin artması üçün çox gözəl imkanlar yaradır. Rəqəmsal Ticarət Qovşağı "Azexport" portalının bir hissəsi olaraq Azərbaycanın ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verəcək".

Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Elxan Mikayılov diqqətə çatdırıb ki, Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının yaradılması beynəlxalq ticarətə inteqrasiyanın yeni bir mərhələsidir. Belə bir qovşağın yaradılması Prezident İlham Əliyevin ölkəmizdə apardığı siyasətin məntiqi nəticəsidir. Azərbaycan, ümumiyyətlə regionda regional ticarət habına çevrilmək istiqamətində çox ciddi nailiyyətlər əldə edib. Azərbaycanın regional logistika qovşağına çevrilməsi, bu istiqamətdə atılan addımlar, xüsusilə Strateji Yol xəritələri çərçivəsində bununla bağlı ayrıca yol xəritəsinin qəbul olunması, Azərbaycanın regional ticarət habına çevrilməsi çox böyük rola malikdir. Azərbaycan malik olduğu imkanları elektron səviyyədə də daşıyaraq regionda rəqəmsal əməliyyatların Azərbaycan üzərindən aparılması və beynəlxalq ticarət dövriyyəsinin bu baxımdan inkişaf etdirilməsində böyük potensiala malikdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir ki, bunlardan biri də "Azexport" portalının yaradılmasıdır. Portala 50-dən çox ölkədən daxil olan sifarişlərin həcmi 300 milyon dollardan artıqdır. "Azexport"a təkcə Azərbaycan istehsalçıları deyil, qonşu ölkələrin istehsalçıları da qeydiyyatdan keçməyə maraq göstərirlər. Bu portal regional ticarət portalına çevrilmə potensialı qazanıb və bundan irəli gələrək Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Rəqəmsal Ticarət Qovşağı yaradılıb.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, bu tədbirlərin əsas qayəsi məhz iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin yaradılması, yeni istehsal sahələrinin yaradılması, sənayenin, kənd təsərrüfatının və digər sahələrdə iqtisadiyyatın sektorlarının inkişafını təmin etməkdir. Rəqəmsal Ticarət Qovşağı ticarət bazarlarının şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

O, yeni yaradılan ticarət evlərinin əhəmiyyətini qeyd edib: "Artıq Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir. Hazırda bu istiqamətdə Ukraynada hüquqi baza yaradılıb. Eyni zamanda, yeni ticarət evi Rusiyada yaradılır və gələn il fəaliyyətə başlaması planlaşdırılır. Bundan başqa, Azərbaycan qeyri-neft sektorunun inkişafı sahəsində sənaye parklarının inkişafına böyük önəm verir. Bu parkların yaradılmasına 1,1 milyard dollar həcmində sərmayə yatırılıb, 11 rezidentin statusu təsdiq edilib.

S.Babayev qeyd edib ki, bu ilin 8 ayında qeyri-neft ixracı 30 faiz, kənd təsərrüfatı 35 faiz, qeyri-neft sənayesi 25 faiz artıb.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, Aİ Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına dair keçiriləcək bütün layihələrə dəstək olmağa hazırdır. Azərbaycan bu sahədə ciddi addımlar atır. İnanıram ki, noyabrda keçiriləcək Şərq Tərəfdaşlığı sammitində təqdim etmək üçün əlinizdə konkret nəticələriniz olacaq.

K.Yankauskas deyib: "Aİ Azərbaycanla çoxşaxəli əməkdaşlıq üçün intensiv danışıqlar aparır. Eyni zamanda, çoxşaxəli tərəfdaşlıq əlaqələri qurmaq və bununla bağlı sazişlər bağlamaq barəsində müzakirələr edir. Azərbaycan və Avropa İttifaqı önəmli ticarət tərəfdaşlarıdır. Azərbaycanın ixracının yarısı bizə aiddir. Avropa İttifaqı Azərbaycanın iqtisadi və ixrac potensialını artırmaq üçün dəstək verməyi düşünür".

"PAŞA Bank"ın idarə heyətinin üzvü Aydın Atakişiyev bildirib ki, biz ölkələrarası ticarətin dəstəklənməsi, biznes proseslərin rəqəmsallaşması, ümumilikdə Azərbaycan biznesinin texnologiyalar vasitəsilə daha da gücləndirilməsi prosesində vacib alətə çevrilmək üçün Rəqəmsal Ticarət Qovşağının istifadəyə verilməsini səbirlsizliklə gözləyirik. "PAŞA Bank" olaraq bizim bu təşəbbüsə qoşulmağımız və Azərbaycan iqtisadiyyatının rəqabətliliyinin artırılmasını dəstəkləməyə davam etməyimiz sevindirici haldır. Əminik ki, bu əhatəli rəqəmsallaşma təşəbbüsü Azərbaycanda biznesin inkişafı və onun "PAŞA Bank"ın xidmət etdiyi regional üçbucaq çərçivəsində və daha da geniş coğrafi miqyasda ticarət və investisiya axınlarına çıxış əldə etmələri üçün çox əlverişli və məhsuldar platformaya çevriləcək. Biz Rəqəmsal Ticarət Qovşağının hər zaman müştərilərimiz arasında təbliğ etdiyimiz effektiv idarəçiliyin təşviqi üçün önəmli alət olduğunu hesab edirik.

Konfransda Rəqəmsal Ticarət Qovşağına dair videoçarx nümayiş olunub.

Konfrans çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Rusiyanın "QazinformService", Polşanın "Asseco data Sistems" və İsveçrənin "OrientSwiss" şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu memorandumların imzalanması ölkələrarası biznes əlaqələrinin yaxşılaşdırılmasına, Azərbaycanın iqtisadi inkişafının, e-ticarət və e-kommersiyanın inkişafının asanlaşdırılmasına öz töhfəsini verəcək.

"Rəqəmsal Ticarət Qovşağının Azərbaycan Respublikasının ticarət əlaqələrinə və iqtisadi inkişafına töhfəsi", "Sərhədlərarası ticarət üçün innovativ həllər" və "Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri" mövzularında keçirilən panel iclaslarda rəqəmsal qovşaqların inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzularında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin 2017-ci il fevralın 22-də imzaladığı "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı əsasında yaradılıb. Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib