Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Arye Qut: Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir

Bakı, 19 oktyabr, AZƏRTAC

İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb, Azərbaycanın ərazi bütövlüyünə hörmət bəslədiyini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində Azərbaycanda da kənd təsərrüfatı, hərbi sənaye və telekommunikasiya sahələrində İsrailin müasir yüksək texnologiyalarına ehtiyac var və bu siyahını davam etdirmək olar. Eyni zamanda, hər iki ölkə təhsil, humanitar və mədəniyyət sahələrində layihələri inkişaf etdirirlər.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri Azərbaycan Dillər Universitetində oxuduğu “Azərbaycan-İsrail münasibətləri: multikulturalizm və tolerantlıq amili” mövzusunda mühazirəsində səsləndirib. Tədbir universitetin elmi-tədqiqat multikulturalizm laboratoriyası və İsraili və Yaxın Şərqi öyrənən Mərkəz tərəfindən təşkil edilib.

Azərbaycanın tarixi reallıqlarını yaxşı bilən Arye Qut tələbələr qarşısında çıxışında müfəssəl sənədli təqdimatın köməyi ilə Azərbaycanın yəhudi icmasının həyatı nümunəsində müsəlmanların, yəhudilərin və xristianların dinc-yanaşı yaşamasına dair nadir təcrübəni tələbə auditoriyasına şərh edərək bildirib ki, bu təcrübə bütün dünyada geniş yayılmalıdır.

Arye Qut vurğulayıb: “Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Bu torpaq bu gün də tolerantlıq və dini dözümlülük nümayiş etdirir. Azərbaycan tolerantlığının parlaq nümunələrindən biri də bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət bəslənməsidir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib kimi hiss etməyib, sıxıntı çəkməyiblər. Azərbaycanda yəhudilər özlərini Vətəndə olduğu kimi hiss ediblər. Hətta bu və ya digər səbəblər üzündən başqa ölkələrdə daimi yaşamağa köçüb getməli olanlar da Azərbaycan haqqında düşünəndə, Azərbaycan nitqini, Azərbaycan musiqisini eşidəndə bu xalqa, bu respublikaya, Bakıya görə qəribsəyir, gözləri yaşarır. Axı, yəhudilər tarix boyu müxtəlif təhlükələrlə üzləşəndə burada sığınacaq tapıblar. Azərbaycan bizim ikinci doğma evimizdir. Mən bunu şəxsi nümunəmdə təsdiq edə bilərəm”.

Ekspert özünün sənədli təqdimatı çərçivəsində tədbirdə iştirak edən tələbələrin diqqətini buna cəlb edib ki, Ermənistanla silahlı münaqişəyə və Ermənistanın Azərbaycana qarşı təcavüzünə baxmayaraq, Odlar Yurdu sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Yəni, hətta Azərbaycana münasibətdə bu haqsız, qanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də azərbaycanlıların qəlbində başqa xalqlara rəhmsizlik hissi yarada bilməyib və Azərbaycan yenə də bütün xalqlara səmimi yanaşmaqda davam edir.

Arye Qut deyib: “Azərbaycandakı yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün millətlərarası və dinlərarası münaqişələrin alovlandığı bu qəddar dünyada Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir. Azərbaycan bütün dünyaya aydın şəkildə anladır ki, o, Azərbaycan cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür və əslən Azərbaycandan olub indi ölkə hüdudlarından kənarda yaşayanların çoxu bu tolerantlıq amili ilə fəxr edir”.

İsrailli ekspert deyib: “Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Qədim Qırmızı Qəsəbə İsrail hüdudlarından kənarda bütün dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə nadir məkan, Azərbaycanın əsl qürur yeridir. Qırmızı Qəsəbədə görə biləcəkləriniz Azərbaycanda dini konfessiyaların - müsəlmanların və yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Bu gün bizdə müxtəlif dinlərə mənsub olan insanların dinc yanaşı yaşamasının və bir-birinə hörmət bəsləməsinin mümkünlüyünü göstərən real və həqiqi nümunə var”.

Qutun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqətli, həssas və səmimi münasibət göstərir. A.Qut deyib: “Prezident Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olmasına görə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən yəhudilərə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin çox hissəsinin, həm də dünyadakı yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb. Prezident İlham Əliyevin dünya birliyinin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə olan Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş səylərini İsraildə yüksək qiymətləndirirlər.

İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir, Ermənistanın işğalçı və təcavüzkar hərəkətlərini pisləyir. İsrail Azərbaycanın real və həqiqi tərəfdaşı kimi artıq 25 il ərzində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun qaytarılması məsələsində Azərbaycanı dəstəklədiyini nümayiş etdirib.

İsrailli ekspert Arye Qut çıxışının sonunda deyib: “Bu gün danılmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə münasibətləri Azərbaycan Respublikasının İsrail ilə münasibətləri qədər sıx və səmimi deyil. Bu münasibətlər İsrailin müsəlman ölkəsi ilə əməkdaşlıq münasibətlərinin modeli ola bilər. Bir neçə il bundan əvvəl Bakının mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi inşa edilib. Hazırda məhz Azərbaycanda dünyada birinci Dağ Yəhudiləri Muzeyi tikilir və yaradılır. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tale və ortaq tarix birləşdirir. Azərbaycan həqiqi mənada sivilizasiyalararası dialoqun əsl nümunəsidir. Mənə ikinci elə bir ölkə göstərin ki, - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi - orada prezidentin himayəsi altında iki sinaqoq və Yəhudi Təhsil Mərkəzi tikilmiş olsun. Düşünürəm ki, ikinci belə ölkəni sadəcə tapmazsınız”.

Sonra ekspert Azərbaycan Dillər Universitetinin tələbələrini maraqlandıran suallara cavab verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır