İQTİSADİYYAT
“AzRusTrans” QSC şəxsi vaqon parkını yaradacaq
Bakı, 19 oktyabr, AZƏRTAC
“AzRusTrans” QSC şəxsi vaqon parkını yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin bir illik fəaliyyəti haqda məlumatda deyilir.
Bildirilir ki, “Azərbaycan Dəmi Yolları” QSC və “Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş “AzRusTrans” QSC 2016-cı il oktyabrın 10-dan fəaliyyətə başlayıb. Bu, dövlət və özəl sektoru arasında formalaşmış unikal təcrübə kifayət qədər müsbət nəticələr verib, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü olub və meşə məhsulları tədarükü bazarında da öz yerini tutub.
Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir, bu biznesə əlavə rentabellik və daxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqeyini tutmağa imkan yaradacaq. “AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlarının sayını artıracaq. Hazırda şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin operatoru qismində 10 faiz yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə, bu rəqəm daha da artırılacaq.
“AzRusTrans” şirkətinin fəaliyyətinin səmərəliliyi və rentabelliyini, həmçinin formalaşmış vaqon parkı da təmin edir. Hazırda şirkət vaqonları “Azərbaycan Dəmir Yolları” QSC-dən icarəyə götürür, Rusiya ərazisində tərəfdaşın olması hesabına isə “AzRusTrans”, Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib.
Bir il fəaliyyəti ərzində şirkət 415 min ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib.
“AzrusTrans” şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması olub. Daşımalar yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın 30-da açılması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra isə, Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Türkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var, belə ki, hər il Rusiyadan Türkiyəyə 4 milyon ton taxıl və taxıl məhsulları və əlavə 2 milyon ton taxıl istehsalı üçün xam mal tədarük olunur. “AzRusTrans” şirkəti artıq bu istiqamətdə yeni layihələr hazırlayır.
Hazırda Astara ərazisində taxıl terminalının tikintisi layihəsi üzrə işlər aparılır, layihə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İrana birbaşa xətti ilə və daha az xərclərlə taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yolu Xəzər dənizidir – Həştərxan və Mahaçqala limanları. Bu limanlarda hazırda ildə 1,6 milyon ton yük yüklənir, və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını daha da möhkəmləndirəcək.
Baxmayaraq ki, “AzRusTrans” əsasən taxıl və taxıl məhsullarının tədarükünü həyata keçirir, həmçinin “Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gələcəkdə isə Türkiyə ərazisinə də tədarükünü həyata keçirəcək.
Gürcüstan istiqamətində yüklərin daşınmasını həyata keçirmək üçün “AzRusTrans” şirkəti amerikanın “Bunge Limited” və İsveçrənin “Glencore International” AG şirkətləri ilə əməkdaşlıq edib. Lakin “Bunge Limited” şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparılır. Gürcüstan istiqamətində daşımalar, Azərbaycan Dəmir Yolları tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.