DÜNYA
Çexlər avronun əleyhinədirlər
Praqa, 19 oktyabr, AZƏRTAC
“Právo” qəzetinin sifarişi ilə aparılmış tədqiqatların nəticəsi sübut edir ki, çexlərin 88,4 faizi ölkədə ümumxalq səsverməsi (referendum) tətbiq edilməsini istəyirlər.
Hazırda bu cür səsvermə yalnız diyar və bələdiyyə səviyyəsində mümkündür, ümumdövlət referendumu isə konkret məsələ üzrə xüsusi qanun vasitəsilə elan olunur.
AZƏRTAC xəbər verir ki, respondentlərin 85,2 faizi Çexiyanın avroya keçməsi məsələsinə mənfi münasibət bildirib. Sorğuda iştirak edənlərin 51,5 faizi vahid Avropa valyutasını qəti qəbul etmir. Rəyi soruşulan vətəndaşların 4,6 faizi Çexiyanın avroya keçidini dəstəkləyir, 14,8 faizi isə bu fikrə müsbət yanaşırlar.
Respondentlərin 48,8 faizi ölkəyə xarici işçi qüvvəsi cəlb edilməsi məsələsinə etiraz edib, sorğuda iştirak edənlərin 51,3 faizi isə buna razı olduqlarını bildirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]