Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni Azərbaycan Partiyası xalq tərəfindən dəstəklənən qüdrətli siyasi qüvvədir

Bakı, 19 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının IX konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar və konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra konfransın rəsmi hissəsi “Qafqaz-Resort” otelinin iclas zalında davam etdirilib. Konfransda Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov iştirak ediblər.

Konfransın iştirakçıları partiyanın yaradıcısı, müasir müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin və vəfat etmiş partiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov ötən dövrdə rayon təşkilatının gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib. “Hesabat dövründə YAP Qəbələ rayon təşkilatı ümummilli lider Heydər Əliyevin ideyalarını, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin proqram xarakterli nitqlərini, partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri əsas fəaliyyət istiqaməti kimi daim rəhbər tutub”, - deyən A.Ağasəfov vurğulayıb ki, artıq 25 ildir Yeni Azərbaycan Partiyası sıralarında birləşdirdiyi 700 mindən çox üzv ilə birlikdə ölkəmizin siyasi səhnəsində aparıcı mövqeyini möhkəmləndirir.

Sonra nəzarət-təftiş qrupunun sədri Vüqar Hüseynovun hesabatı dinlənilib.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qurucusudur: “Ümummilli Liderin qurucusu olduğu və Prezidenti İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası bu gün xalq tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Bu gün ölkənin hər yerində olduğu kimi, Qəbələdə də ulu öndər Heydər Əliyevin siyasi kursunu yaşadan Yeni Azərbaycan Partiyasına rayon sakinlərinin inamı olduqca böyükdür”.

Fəttah Heydərov hazırda Yeni Azərbaycan Partiyasının respublikada böyük nüfuzunun olduğunu qeyd edib və konfransın işinə uğurlar arzulayıb.

Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək partiyanın keçdiyi şanlı tarixi yoldan, ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərlik illərindən, Ulu Öndər xalqın tələbi ilə ölkə Prezidenti seçildikdən sonra respublikada görülən işlərdən, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin böyük uğurlarından söz açıb. “YAP Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə özünün layiqli töhfələrini verib”, - deyən V.Rəhimzadə vurğulayıb ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxıb.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, nail olduğumuz müstəqillik bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənib, dövlət müstəqilliyi əbədilik qazanıb.

Konfransda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndərin misilsiz tarixi xidmətlərindən, partiyanın böyük siyasi güc mərkəzi kimi cəmiyyətimizdəki mövqeyindən bəhs edib. S.Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə davam etdirilir. Partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirən S.Abdullayev YAP-ın cəmiyyətdə aparıcı rolundan danışaraq Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib: “Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, o cümlədən Qəbələ rayonu tərəqqi dövrünü yaşayır”.

YAP Qəbələ rayon təşkilatının Qadınlar Şurasının sədri Arifə Bayramova, rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Ağayev, rayon Otelçilik və Peşə Tədris Mərkəzinin müəllimi Reyhan Məmmədova, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov və başqaları çıxış edərək ötən konfransdan keçən müddətdə YAP Qəbələ rayon təşkilatı tərəfindən görülən tədbirlər barədə məlumat verib, təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Sonra konfransda təşkilatı məsələyə baxılıb, 45 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçilib. Abil Ağasəfov yenidən YAP Qəbələ rayon təşkilatının sədri, Fəxri Soltanov və Elçin Tağıyev isə sədr müavinləri seçiliblər.

Konfransın yekununda YAP sıralarına qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyil

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq