İQTİSADİYYAT
SOCAR-ın Tullantı Mərkəzində yanğın zamanı texniki təhlükəsizlik üzrə məşğələ
Bakı, 20 oktyabr, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində yanğın zamanı texniki təhlükəsizlik üzrə məşğələ keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin istehsalat sahələrinin, eləcə də işçi personalın texniki təhlükəsizliyinin və əməyin mühafizəsinin təmin edilməsi daimi diqqət mərkəzindədir. Bu məqsədlə cəmiyyətin texniki təhlükəsizlik şöbəsi plan və dərs qrafikinə uyğun olaraq mütəmadi məşğələlər keçirirlər. Tullantı Mərkəzində yanğın zamanı baş verəcək fəsadların qarşısını almaq məqsədilə işçilərə “Yanğın zamanı davranış qaydaları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” mövzusunda praktiki məşğələ keçirilib. Məşğələ zamanı texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov işçilərə yanğın zamanı davranış qaydaları və baş vermiş yanğının tez bir zamanda söndürülməsi yollarını izah edib. Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktiki nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]